Siyasi-diplomatik müstəvidə tarixi qələbə
24.11.2023 [10:51]
Kəlbəcərin azad edilməsi Azərbaycanın həm də siyasi-diplomatik müstəvidə tarixi qələbəsidir.
Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də qalib sərkərdə olduğunun təsdiqi idi.
Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən üç il ötür. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının qətiyyəti, hərbi zəfəri siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Beləliklə, 1993-cü il aprelin 2-də ermənilər tərəfindən işğala məruz qalan Kəlbəcər 2020-ci il noyabrın 25-də 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə ilə öz azadlığına qovuşdu.
Qeyd edək ki, noyabrın 25-də Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün ermənilər əraziləri, mülki obyektləri yenidən minaladılar, evləri, meşələri yandırdılar. Bütün dünya ermənilərin əsl vandal simasını gördü. Rayonun işğal altına düşməsi isə xalqımızın böyük faciəsi idi. Çünki Laçın və Şuşa rayonları 1992-ci ilin may ayında ələ keçiriləndən sonra ermənilərin növbəti hədəfi Kəlbəcər idi. Bu məsələdə isə əsas günahkar o dövr hakimiyətdə olan Azərbaycan rəhbərliyinin bacarıqsızlığı, naşılığı, qətiyyətsizliyi idi. Prezident İlham Əliyev bu barədə çıxışlarının birində deyib: “Şuşa və Laçının işğal altına düşməsi sırf AXC-Müsavat cütlüyünün xəyanətidir, satqınlığıdır. Kəlbəcər rayonu işğal altına düşəndə artıq AXC-Müsavat cütlüyü öz çirkin məqsədlərinə çatmışdı, hakimiyyətdə idi…”.
Qeyd edək ki, Kəlbəcərin işğaldan azad olunması ilə xalqımız iki böyük qürurlu səhifə açdı müasir tariximizdə: Kəlbəcər 27 illik işğaldan azad olundu. Azərbaycan xalqı bu yurdu 27 il əsarətdə saxlayan, sərvətlərini talayan, obyektləri, evləri uçurub-dağıdan düşmənə bu torpaqdan çıxması üçün 10 gün daha vaxt verdi. Tək bu fakt 44 günlük Vətən müharibəsində Azərbaycan haqqında bəzi xoşagəlməz fikirlər yürüdən dövlətlərə çox dəyərli və tutarlı cavabdır.
«...Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq»,-deyən Prezident İlham Əliyev ötən 3 il ərzində bütün azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcərin inkişafı, yenidən qurulması ilə bağlı tapşırıqları, görülən işlər göz önündədir. 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olarkən dövlətimizin başçısı Kəlbəcərdə Azərbaycan bayrağını qaldırıb. Bununla da Kəlbəcər rayonunda bərpa-quruculuq işlərinə artıq rəsmi start verilib. Hazırda infrastruktur layihələri icra edilir, Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı işlərinə start verilib. Belə ki, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməli qoyulub. Təsadüfi deyil ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da komando hərbi birləşmələri yaradıldı. Bu, həm də Ermənistana bir xəbərdarlıqdır. Kəlbəcərdə yeni hərbi hissənin yaradılması Ermənistanla sərhəddə hərbi cəhətdən mövqelərimizi daha da möhkəmləndirir.
Eyni zamanda, bu gün Prezident İlham Əliyev cənablarının Sərəncamı ilə Şəhər Gününün işğaldan azad olunmuş bütün ərazilərdə keçirilməsi Qarabağ Azərbaycandır reallığının təntənəsidir. Noyabrın 25-i "Kəlbəcər Şəhəri Günü" ilə əlaqədar ilk dəfə keçiriləcək tədbir də qürur doğurur və Kəlbəcər öz tarixinin ən parlaq, qürurverici günlərinə şahidlik edir. Və bu gün işğaldan azad olunan torpaqlarımız, o cümlədən Kəlbəcər Prezidentimizin rəhbərliyi ilə yenidən bərpa edilərək Azərbaycanın ən gözəl rayonlarından birinə çevriləcək və həm də ümumilikdə ölkəmizin iqtisadi inkişafına böyük töhfələr verəcəkdir.
Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

