Azərbaycanın İƏT-ə üzv dövlətlərlə münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır
16.11.2023 [16:19]
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ilk daxil olduğu qurumlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısıdır. 1992-ci il noyabrın 28-də daha 7 ölkənin - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın da daxil olması ilə İƏT üzvlərinin sayı 10-a çatdı.
Azərbaycan öz növbəsində hər zaman İƏT-in fəaliyyətinə böyük önəm vermiş, bir çox sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslərlə çıxış etmişdir. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş, bu tədbirlərdə qəbul olunmuş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri, istiqamətləri öz əksini tapmışdır. İƏT-ə üzv dövlətlərlə Azərbaycanın münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan İƏT-ə üzv ölkələrlə beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir.
Noyabrın 9-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı zamanı çıxış edən Möhtərəm Prezident cənab İlham Əliyev vurğulamışdır ki, Azərbaycan İƏT-in fəal üzvüdür. Dövlətimizin başçısı çıxışında üzv ölkələrin rəhbərlərinə, o cümlədən tədbirə ev sahibliyi edən Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə Azərbaycana verdikləri dəstəyə görə minnətdarlığını bildirdi. Azərbaycanın təşkilatda fəal rolu ilə seçildiyini qeyd edən və üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasına xüsusi önəm verdiyini bildirən Prezident İlham Əliyev ölkəmizin bundan sonra da İƏT çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlı olduğunu və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.Yeri gəlmişkən, xatırladaq ki, İƏT-in 2021-ci ildə Türkmənistanda keçirilən Zirvə toplantısında qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamədə Azərbaycan ilə bağlı bir sıra mühüm müddəalar da yer almışdı. Belə ki, bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunmuş və üzv dövlətlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma layihələrinə sərmayə yatırmaq imkanlarını araşdırmağa çağırılmışdı. Daşkənddə keçirilən Zirvə toplantısında isə dövlətimizin başçısı bildirdi ki, Azərbaycan İƏT-nın Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Prezident həmçinin onu da qeyd etdi ki, Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk və Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Eyni zamanda Azərbaycanın nəqliyyat və logistika infrastrukturu da İƏT-nın üzv dövlətləri üçün açıqdır.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

