Müzəffər xalq, qalib dövlət
15.11.2023 [11:04]
Cari ilin 8 noyabr tarixi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda iştirakı və çıxışı ilə yadda qaldı. Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi. Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya aktına imza atdı. Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlahm Əliyevin dediyi kimi:
"44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi".
Xankəndidəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirildi. Bu, bizə “mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini bir daha nümayiş etdirmək üçün vacib idi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa davam etdilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndidə isə Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.
Noyabrın 8-də işğaldan azad edilmiş Xankəndidə keçirilən hərbi paradda Azərbaycan prezidenti İlham Əliyev dedi:
"Uzun illər işğal zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki, torpaqlarımız tezliklə işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq".
Daha sonra ölkə başçısı bildirdi ki, “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik”.
Qələbənin 3-cü ilində, həqiqətən də Azərbaycan xalqı, uşaqdan böyüyə hamı sevinc içindədir. Bu sevinci bizlərə bəxş edən, Vətən uğrunda döyüşərək canlarından keçən Şəhidlərimizə, Qazilərimizə borcluyuq. Bundan sonra hər birimiz Şəhidlərimizin ruhunu şad etmək üçün Vətən naminə öz mövqeyimizi səngər edib, doğma Azərbaycanımız naminə çalışmalıyıq.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın "dəmir yumruq"da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Vətən uğrunda şəhid olanlar əsla unudulmayacaq, çünki onlar özlərindən sonrakı nəsil üçün silinməz, unudulmaz dastan yazdılar.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33

