İqtisadiyyatda qazanılan uğurlar
31.10.2023 [19:08]
Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasında Azərbaycanın qazandığı uğurlar biri-birini əvəzləyir. Avropanın enerji təhlükəsizliyində öz sözünü deyən Azərbaycan bu sahədə dövrün çağırışlarına cavab verən daha bir uğura imza ataraq dünyanın diqqət mərkəzinə çevrildi. Azərbaycanda oktyabrın 26-da MDB məkanında ən böyük günəş elektrik stansiyasının - 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi həyata keçirildi. Cəmi 1 il əvvəl 2022-ci il martın 15-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyası Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməklə enerji layihələrinin reallığa çevrilməsində əhəmiyyətli rola malik olacaq. Belə ki, açılış mərasimi çərçivəsində üç investisiya sazişinin –imzalanması Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə doğru inamla addımladığını nümayiş etdirir. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində dövlət başçısı İlham Əliyev diqqəti Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinə yönəldərək bildirib ki, bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır. Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Əminəm ki, daha çox layihələr olacaq.
Ümumilikdə ölkəmiz üçün olduqca əhəmiyyətli tarixi hadisə olan stansiyasının tikilməsinin ekoloji faydasını göstərir və gələcəkdə də göstərəcəkdir. Ölkəmizin istixana qazı emissiyalarını 40 faizədək azaltmaq öhdəliyinin vaxtında icrasına töhfə verəcək, bu sahənin xarici investorlar üçün cəlbediciliyinin artmasına xidmət edəcək. Bir sözlə, Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməklə iqlim dəyişikliyinin azalmasında və ekosistemin qorunmasında böyük rol oynayacaq. Ölkəmizdə istehsal olunan qeyri-neft məhsullarının ixracı hər il artmaqdadır. Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Avropaya ixracı nəzərdə tutulub ki, bu da ölkə iqtisadiyyatının güclənməsinə təkan verməklə yanaşı Azərbaycanın dünyada siyasi mövqeyinin də güclənməsinə böyük təsir göstərir. Qarabağ və Şərqi Zəngəzur ərazilərində bərpa olunan enerji istehsalı üçün böyük potensial mövcuddur və burada böyük həcmli layihələr icra edilir. Qaradağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalı ölkəmizin elektrik enerjisinin gücünün artmasına böyük töhfə verəcək. Prezident İlham Əliyevin müəllifi olduğu iqtisadi layihələr bütün sahələrin inkişaf etdirilməsinə yönəlmişdir.
Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Ölkəmiz Beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində Beynəlxalq arenaya uğurla inteqrasiya etməkdədir. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır.
Artıq bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Bərpa olunan enerji istehsalı və ixracı yalnız yeni iqtisadi imkanlar yaratmır, eyni zamanda Azərbaycana yeni müasir texnolagiyanı və elmi nəaliyyətlərin gətirilməsi baxımından daha önəmlidir. Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən biridir. Azərbaycan həm neft, həm qaz, həm də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfə verir.Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

