Azərbaycanın əbədiyaşar memarı HEYDƏR ƏLİYEV
31.10.2023 [12:28]
Dünya liderləri sırasında müdrikliyi, siyasi bacarığı, uzaqgörən qətiyyətli qərarları ilə seçilən Azərbaycanın görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyev qısa zaman məsafəsində dövlət müstəqilliyimizin təməlini möhkəmlədərək, onu məhv olmaq təhlükəsindən xilas edərək xalqın xilaskarı və Azərbaycanın Memarı və Qurucusu kimi adını tariximizin silinməz səhifəsində əbədiləşdirdi. Hələ sovet imperiyası dövrüdə yaşadığımız illərdə Azərbaycanın uğurlu gələcəyini görür və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı zamanda ölkəmiz ən geridə qalmış respublikalardan biri idi. Belə bir ölkənin yüksəlişlərə nail olması, qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksəlməsi təbii ki, Ulu Öndərin siyasətinin məntiqi nəticəsi idi. Totalitar rejimin hökmranlıq etdiyi ziddiyyətlərlə zəngin zamanda Heydər Əliyev qətiyyəti, siyasi gücü ölkəmizin inkişafına yeni prespektivlər açmış oldu. Məhz Heydər Əliyev kimi bir dühanın siyasi, müdrik fəaliyyətinin nəticəsində Azərbaycan quruculuq və inkişaf dövrünü yaşamış oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində, elmi-tədqiqat sahələrində əldə olunan uğurlar ölkəmizin adını yüksəklərə qaldırmış oldu. Hələ Ulu Öndər sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən, sərt qadağaların qoyulduğu zamanda bugünki uğurlarımız üçün möhkəm təməl yaratmış oldu. Respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələrinin yaradılması, iri sənaye müəssisələrinin istifadəyə verilməsi əlbəttə ki, həmin dövr üçün əldə olunan ən böyük nailiyyətlər sırasında idi. Ümummilli Liderin zəngin irsini vərəqləyərkən sovet dövründə cəsarətli addım və çıxışları Onun vətənə, torpağa necə bağlarla bağlı olduğunu göstərir.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarışısında olan böyük xidmətlərindəndir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyev 73-cü maddəni "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" kimi verməyi təklif edib. Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında əksini tapıb. Vurğulayaq ki, Ulu Öndər həmin Konstitusiyanı hazırlayan komissiyanın sədri olub və bu işlərə rəhbərlik edirmiş. Sonralar Ulu Öndər çıxışlarının birində bu haqda belə deyirdi ki, yeni Konstitusiyada Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə hazırlayanda bu maddə Moskvada çox böyük etiraza səbəb olub. "Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur", - deyən Heydər Əliyev bildirib ki, o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist Partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım:"Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu öz konstitusiyamıza yazmalıyıq və yazacağıq… biz buna nail olduq." Qeyd olunan Konstitusiyada Azərbaycanın dövlət dili Azərbaycan dili kimi yazıldı.
Tarixi dövrə nəzər salsaq görərik ki, iyirminci yüzilliyin 70-ci illərindən başlayaraq, ölkə həyatını əhatə edən bütün sahələrdə qazandığımız uğur və yüksəlişdə fenomen şəxsiyyət Heydər Əliyevin dühası görünür. XX əsrin 90-cı illərində dövlət müstəqilliyimiz məhvolma təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xalqımızın Ulu Öndəri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın ictimai-siyasi həyatına yeni səhifələr açmış oldu. Həmin səhifələr xalqın işıqlı yolunu - tərəqqi və inkişafımızı özündə əks etdirir.
Məlum olduğu kimi, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təməlləri möhkəmləndi və əbədiliyi təmin olundu.
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi Azərbaycan yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynadı. Milli dövlətçiliyimizin konsepsiyasını yaradan Heydər Əliyev ölkədə ictimai-siyasi sabitliyin bərpasına nail oldu. Təbii ki, çox gərgin bir zamanda buna nail olmaq elə də asan deyildi. Ümummilli Lider Heydər Əliyevin siyasi gücü, potensialı ölkədə hökm sürən xaos və anarxiyaya son qoymuş oldu, hərc-mərclik, özbaşınalığın qarşısını aldı, demokratik ab-havanı yaratdı. Müharibə bölgəsində atəşkəsə nail olmaq, yaranmış ictimai-siyasi böhranı aradan qaldırmaq siyasi güc, möhkəm iradə tələb edirdi. Mövcud şəraitdə bütün bunlara, məhz Heydər Əliyev kimi bir siyasi xadim nail ola bilərdi. Heydər Əliyev 15 iyun 1993-cü ildə Milli Məclisdə çıxışında belə qeyd etmişdir: "Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozulmasına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır… Bu düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam." Heydər Əliyev dühası buna nail oldu. Azərbaycan inkişaf yoluna qədəm qoydu.
1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi olan "Əsrin Müqaviləsi"nin imzalanması Ümummilli Lider Heydər Əliyevin beynəlxalq miqyasdakı etimadından, Azərbaycanda yaratmış olduğu sabit, təhlükəsiz mühitdən irəli gəlirdi. Azərbaycanın zəngin təbii sərvətlərindən xalqının rifahı üçün istifadə edildi. Regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu. Ölkəmiz dünya bazarında iqtisadi müttəfiq kimi tanındı.
1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi, demokratik islahatların həyata keçirilməsi Ulu Öndər Heydər Əliyevin qətiyyəti, siyasi görüşləri nəticəsində reallığa çevrildi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanların açılması kimi xarakterizə olunur. "Müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır" - deyən Ulu Öndər Heydər Əliyev bildirmişdir.
2003-cü ilin oktyabrından Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir. Onun quruculuq və inkişaf xəttinin uğurla davam etdirən Cənab İlham Əliyevin hələ 2003-cü ildə Prezident seçkiləri ərəfəsində qeyd etdiyi fikirləri xatırlatmaq yerinə düşər. Cənab Prezident deyirdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. İyirmi il bundan əvvəl verdiyi vədlərə əməl edən Cənab Prezident Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Aparılan düzgün xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib, işgüzar, ikitərəfli münasibətlər qurulub. Ölkəmiz transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi etibarlı tərəfdaşa çevrilib. Bütün hədəflərə doğru Azərbaycan dünyaya nümunə olan özünəməxsus modelləri ilə diqqət mərkəzindədir. Müasir dünyamızda Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyət kəsb edən tərəfdaş ölkə kimi tanınır. Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti Azərbaycanın uğurlu gələcəyinə işıq salır. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam", fikri əməli fəaliyyətdə təsdiqini tapmış oldu. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın Ona olan etimadını doğrultdu. Cənab İlham Əliyevin uğurlu daxili siyasəti, məqsədyönlü islahatlar proqramı ölkədə vətəndaş məmnunluğuna səbəb olub.
44 günlük Vətən müharibəsində Azərbaycan Zəfər qazandı. Tarixi ədaləti diplomatik yolla bərpa edən Ali Baş Komandan İlham Əliyev Zəfər yazmış Sərkərdə, Qalib Lider kimi tariximizə möhrünü vurdu. Bu dünya tarixində nadir hadisədir ki, 30 ilə yaxın işğal altında olan torpaqlar 44 gün ərizində işğaldan azad olundu və dünya hərb tarixində yeni səhifə açıldı. "Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi", - deyə Azərbaycan Prezidenti bildirmişdir. Bu gün işğaldan azad olunan ərazilərimizdə – hər bir yerdə Xankəndində, Xocalıda, Ağdərədə və s. Azərbaycan bayrağı dalğalanır.
"Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı", – deyə dövlətimizin başçısı bildirmişdir. Əlbəttə ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu qalib ordudur və onun gücü artıq dünyaya bəllidir. Azərbaycan Ordusu istənilən bir hücumun, təxribatın, terrorun qarşısını almaqda böyük gücə, potensiala malik nizami ordudur. Bu il sentyabrın 19-da Qarabağ bölgəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Müzəffər Ordumuz qarşıya qoyulan hədəfləri qısa bir zamanda – bir gün ərzində uğurla yerinə yetirmiş oldu. Bu Azərbaycanın tarixində növbəti Qələbə olaraq yer aldı. Lokal xarakterli antiterror tədbirlərdə Azərbaycan Ordusu növbəti dəfə döyüş ruhunu, döyüşkənliyini göstərdi. Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirlər separatçıları təslim olmağa məcbur etdi. Özü də mülki şəxsə ziyan vurmadan, dinc sakinləri hədəf almadan, mülki obyektlərə belə atəş açmadan. Prezident İlham Əliyev bildirdiyi kimi, "Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "dəmir yumruq" yerindədir",
Müasir dünyamızda Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiramın nümunəsi olaraq yaradılmış Heydər Əliyev Fondu Onun azərbaycançılıq fəlsəfəsinin, milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılamaqla böyük bir məsləki həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirərək əməli fəaliyyəti ilə xalqın xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Ümummilli Lider Heydər Əliyevin zəngin irsini öyrənməyi və təbliğ etməyi, eləcə də ölkəmizin bütün sahələrini əhatə edən fəaliyyəti ətrafında yetişən nəsildə fikir formalaşdırmaq məqsədi ilə Fondun çoxsaylı layihələri rezonans doğurub. Mövcud prinsiplər və ənənə ilə böyük missiyanı ardıcıl olaraq həyata keçirən Fondun Azərbaycan mədəniyyətinin və tarixinin dünyada daha geniş tanıdılması ilə bağlı gördüyü işlərin sayı-hesabı yoxdur. Ölkənin sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması kimi amillər məhz Heydər Əliyev ideyalarının təzahürüdür. "Uşaq evləri və internat məktəblərinin inkişafı Proqramı", "Tolerantlığın ünvanı – Azərbaycan", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı" kimi layihələri ilə öz töhfəsini verir. Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işlərində Heydər Əliyev Fondu dini-mədəni abidələrin təmir və bərpasında böyük layihələrə imza atıb.
Bütün bunlar Heydər Əliyev ideyalarına sədaqət və ehtiramdan irəli gəlir. "O, Vətəninə, müstəqil, çiçəklənən, qüdrətli Azərbaycanda xoşbəxt görmək istədiyi xalqına olan sonsuz sevgisini hər şeydən üstün tuturdu. Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir", - deyə Mehriban Əliyeva bildirmişdir.
Azərbaycanın ictimai-siyasi həyatında misilsiz rolu olan və onun müstəqilliyini əbədi edən Ulu Öndər Heydər Əliyev kimi tarixi Şəxsiyyətin 100 illik yubileyi ölkəmizin bütün ərazilərində, onun hüdudlarından çox uzaqlarda qeyd olunmaqda davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin məlum Sərəncamına əsasən, Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilib. Belə bir dühanın keçdiyi yol hər kəs üçün qurur mənbəyidir, fəxarətin ünvanıdır. Bu gün artıq Ümummilli Liderin vaxtı ilə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri reallığa çevrilib.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri,
Tarix üzrə Fəlsəfə Doktoru
Xəbər lenti
Hamısına baxSosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39

