15 oktyabr - Zəfərə aparan yolun başlanğıcı
14.10.2023 [12:37]
YAP Göygöl rayon təşkilatı tərəfindən təşkil olunmuş konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri cənab Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları və YAP Göygöl rayon təşkilatının bütün ərazi partiya təşkilatlarını təmsil edən 165 nəfər iştirak etdi.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzüldü. Heydər Əliyev Mərkəzində keçirilən tədbir dövlət himnini səslənməsi ilə başlandı və ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə çıxış edərək 2003-cü ilin 15 oktyabr gününün Azərbaycan tarixinə çox mühüm və əlamətdar gün kimi daxil olduğunu vurğulayaraq, həmin gün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdiyini, qədir bilən xalqımız həmin gün cənab İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna səs verdiyini, bununla da Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə, ölkədə bu siyasətə alternativin olmadığını göstərdiyini bildirdi. Vüqar İsayev həmin gün müasir Azərbaycan dövlətinin siyasi yüksəlişinin növbəti mərhələyə keçid etməsindən, inkişafdan-tərəqqiyə, tərəqqidən zəfərə yol açmasından danışaraq, “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən Prezident İlham Əliyevin sözünə-vədinə əməl etdiyini və sözün əsil mənasında hər bir Azərbaycanlının Prezidenti olduğunu diqqətə çatdırdı.
Musiqi məktəbi ərazi partiya təşkilatının sədri Nuranə xanım Quliyevaya “15 oktyabr-Zəfərə aparan yolun başlanğıcı” mövzusunda geniş məruzəsi dinlənildikdən sonra Yeni Qızılca Ərazi Partiya təşkilatının sədr müavini, partiya veteranı Ofeliya Rəhimova çıxış etdi.
Sonra Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev yekun nitqi ilə çıxış edərək, bildirdi ki, Prezident İlham Əliyev ilk öncə demokratiyanın milli kimliyimizlə, uzlaşan bir sistem olduğunu dünyaya sübut etdi və intellektual əsaslara söykənən modernist cəmiyyət formalaşdıra bildi. Bu, müasir dünya siyasi sisteminə möhür vuran inkişafın Azərbaycan modelidir. Artıq dünya birliyi – beynəlxalq ictimaiyyət “ Milli inkişafın – Azərbaycan modeli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir.
Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Təkcə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyalarının praktiki nəticələrini nəzərdən keçirəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Azərbaycan bu illər ərzində özünü müstəqil dövlət kimi təsdiq edə bildi və Prezident İlham Əliyevin siyasi müdrikliyi nəticəsində ölkəmiz hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib. Bu gün əksər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan reallaşmır. Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik tariximizin ən mühüm-Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olunmasıdır. Böyük Qələbəni qanı-canı hesabına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxtliyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırmış oldu. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqlarımız tam bərpa edildi.
Beləliklə güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilib. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.
Sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına YAP Göygöl rayon təşkilatının fəxri fərmanları və yeni üzvlüyə qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olundu.
Tədbir rayon Mədəniyyət evinin müsiqiçilərindən İsmət Sabirlinin, Rabil Hacızadənin, Sərvan İsmayılovun, Cavid Məmmədovun və digərlərinin ifaları ilə keçirilən konsert proqramı ilə davam etdi.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

