Açıq və səmərəli müzakirələrin aparılması üzrə beynəlxalq platforma
12.10.2023 [17:10]
Oktyabrın 10-da Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Ölkəmiz bu təşkilatın fəal üzvlərindən biri olmaqla, üzv ölkələrlə əlaqələrinin bütün istiqamətlər üzrə genişləndirilməsində maraqlıdır. Rəsmi Bakı İƏT üzvü olan bütün ölkələrlə qarşılıqlı iqtisadi münasibətlərin dərinləşməsinə, üzvlərin Təşkilatın nəhəng iqtisadi potensialından birgə yararlanmasına xüsusi önəm verir.
Prezident İlham Əliyevin Şuşaya yığışan nazirlərə ünvanladığı müraciətdə də qeyd etdiyi kimi, İƏT regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir: “Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə genişlənməsinin tərəfdarıdır”.
Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. “Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq biz Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
İƏT üzvü olan Türkiyə və Pakistanla ölkəmizi strateji müttəfiqlik münasibətləri birləşdirir. Üç ölkə həm də regional və beynəlxalq müstəvidə bir-birinə mühüm dəstək verir.
İƏT üzvü olan Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanla Azərbaycanı həm də Türk Dövlətləri Təşkilatı birləşdirir. Ölkələrin sıx əməkdaşlıq etdikləri daha bir müstəvi Asiyadan Avropaya yükdaşımaların ən səmərəli marşrutlarından olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizdir. Azərbaycan bu dəhlizin genişlənməsi üçün bütün iştirakçı dövlətlərlə, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstanla ən sıx əməkdaşlıq formatlarının yaradılmasının aktiv təşəbbüskarlarından biridir: “Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyirik. Həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır”.
Prezidentin qeyd etdiyi kimi, Azərbaycan Hindistandan malların İran üzərindən ölkəmizin ərazisinə, buradan isə Avropa və Rusiyaya ötürülməsini nəzərdə tutan Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətinin təmin olunması üçün öz ərazisindəki infrastrukturun yaradılmasını sürətlə həyata keçirir. İranla sərhədə qədər dəmiryol xətti tam yenilənib, Azərbaycan Astarasından İran Astarasına yeni xətt çəkilib, dəmiryol körpüsü tikilib, İran Astarasında yük terminalları inşa olunub. Bundan əlavə, hazırda ərazidə avtomobil yolu körpüsünün tikintisi aparılır. Bakı həmçinin dəhlizlə daşımaların müddətinin kəskin azalmasına gətirib çıxaracaq Rəşt-Astara dəmiryol xəttinin tikintisində fəal iştirak edir.
İƏT bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa və yenidənqurma işlərini də diqqətdə saxlayır və bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin inkişafı istiqamətlərində həyata keçirilən layihələrin iştirakçıları sırasına tezliklə qoşulacağını da bəyan edir.
Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran, möhtəşəm Qələbə qazanan Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yanaşı, tarixi ədaləti bərpa etdi. Hazırda xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

