Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP ölkəmizin ən güclü siyasi qüvvəsidir

YAP ölkəmizin ən güclü siyasi qüvvəsidir

26.01.2012 [01:34]

Partiyanın Zəngilan rayon təşkilatının VII konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının VII konfransı keçirilib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov  hesabat məruzəsi ilə çıxış edib. Ə.Hüseynov bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin həyat yolu keçib, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. “Yeni Azərbaycan Partiyasının yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası - cəmiyyətimizdə sülh və əmin-amanlığın bərpası, demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, hüquqi demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Dövlətçiliyimizin təşəkkülü, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar, birmənalı demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bağlıdır. Bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki danılmaz qələbələrinin hamısı Yeni Azərbaycan Partiyası, Ulu öndər Heydər Əliyevin adı və şərəfli zəhməti nəticəsində əldə edilib. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Yeni Azərbaycan Partiyasının rolu ölkəmizin ictimai həyatında olduqca əhəmiyyətlidir”.
Rayon təşkilatının sədri vurğulayıb ki, Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir.
Ə.Hüseynovun sözlərinə görə, YAP Zəngilan rayon təşkilatı 1757 nəfər üzvü birləşdirir. İlk təşkilatların sayı isə 51-dir. Təşkilat üzvlərinin 600 nəfərdən çoxu qadınlar, 400 nəfərə yaxını isə gənclərdən ibarətdir. O qeyd edib ki, ötən konfransdan keçən dövr ərzində təşkilatın sıralarına yeni üzvlər qoşulub. Ə.Hüseynov bildirib ki, hesabat dövrü ərzində təşkilat ictimai-siyasi proseslərdə, o cümlədən, seçkilərdə fəal iştirak edib. Eyni zamanda, konfransdan ötən müddət ərzində gənclər arasında təbliğat işləri güclənib, onların partiya sıralarına qəbulu artıb. Onun sözlərinə görə, Zəngilan əhalisi məcburi köçkün həyatı yaşadığı üçün təşkilat üzvləri ölkənin 48 rayonunda məskunlaşıb.
Tədbirdə rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Hidayət Həsənov da hesabatla çıxış edib.
Konfransda YAP Zəngilan rayon təşkilatı Qadınlar Şurasının sədri Almaz Osmanova, Gənclər Birliyinin sədri Şamil Əliyev, partiya fəallarından Həsən Ələkbərov, Tofiq İskəndərov və Ənvər Məmmədov çıxış edərək YAP-ın ölkəmizdəki ictimai-siyasi rolunu yüksək dəyərləndiriblər. çıxışlarda Azərbaycan dövlətinin məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulanıb. Natiqlər, həmçinin, YAP Zəngilan rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək partiyanın rayon təşkilatının fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanın sürətlə inkişaf etdiyini deyən R.Həsənov Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində böyük uğurlar qazanıldığını vurğulayıb. İcra başçısı qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısının davamlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Zəngilan əhalisi Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarına qayıdacaqlarına inanır.
Konfransda çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. M.Qurbanlı çıxışında YAP-ın yaranma tarixindən və ötən dövrdə partiyanın əldə etdiyi böyük nailiyyətlərdən bəhs edib. Onun sözlərinə görə, partiyanın yaranması həqiqətən də çətin və ağır dövrlərə təsadüf edirdi. Məhz həmin illərdə Ulu öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı çətin problemlərdən xilas etdi. Bütün bu uğurların təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP İcra katibinin müavini 560 min üzvü olan partiyanın ölkənin ən güclü siyasi qüvvəsi olduğunu vurğulayıb. O, həmçinin, təşkilat üzvlərinə qarşıda duran vəzifələrlə bağlı tövsiyələrini verib. Gələn il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini deyən M.Qurbanlı bu seçkilərdə YAP-ın namizədinin cənab İlham Əliyev olacağını deyib.
M.Qurbanlı dövlətimizin məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxladığını da vurğulayıb: “Prezident İlham Əliyev hələ 2003-cü ildə seçki kampaniyası zamanı Azərbaycanda çadır şəhərciklərinin ləğv olunacağını bəyan etmişdi. O vədinə əməl etdi və bu gün müasir qəsəbələr istifadəyə verilib. Hazırda münaqişənin həlli istiqamətində danışıqlar gedir. Azərbaycan tərəfi işğalçı Ermənistanı taqətdən salmaq siyasətini davam etdirir. Bu gün Ermənistan dərin böhran içərisindədir və ona dəstək verənlər təcavüzkarı sona qədər yedəyində apara bilməyəcək”.
Konfransda, həmçinin, təşkilati məsələlərə baxılıb, Əsəd Hüseynov yekdilliklə yenidən YAP Zəngilan rayon təşkilatının sədri seçilib. Həmçinin, təşkilatın Şurasının, İdarə Heyətinin və Nəzarət Təftiş Qrupunun üzvləri də müəyyənləşib.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş gənclərə partiya vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1248 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31