Tezliklə Cəbrayıl dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək
06.10.2023 [16:38]
4 oktyabr Cəbrayıl Şəhəri Günü
Oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Məlum olduğu kimi, bu il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. 2020-ci il 27 sentyabrda başlamış və cəmi 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan sərəncama əsasən 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd edilir.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin oktyabrın 4-də xalqa müraciətində Cəbrayıl şəhəri və rayonun 9 kəndinin işğaldan azad olunduğunu elan edib. Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl işğaldan azad olunub.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun sücaəti, qəhrəmanlığı sayəsində Vətən müharibəsində əldə edilən Parlaq Zəfərimiz Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Əlbəttə ki, Cəbrayıl şəhəri 44 günlük müharibə ərzində işğaldan azad olunan ilk böyük yaşayış məntəqəmiz olduğu üçün xüsusi əhəmiyyət kəsb edirdi.
Bildiyimiz kimi, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 2020-ci ilin noyabr ayının 16-da Cəbrayıl rayonuna səfər etmişlər. Bu tarixi səfər çərçivəsində ölkə başçımız bildirmişdir ki, Cəbrayıl rayonu üçün yeni böyük baş plan tərtib ediləcəkdir. Burada bütün inzibati-ictimai binalar, məktəblər, tibb ocaqları, bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Yaxın gələcəkdə Cəbrayıl öz doğma sakinlərini qəbul etməyə hazır olacaqdır. İşgaldan azad edildikdən bir il sonra Dövlət başçımız Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və “Araz Vadisi İqtisadi Zonası”nın təməllərini qoyub, həmçinin “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin açılışında iştirak edib. Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Ötən 3 ildə ölkə başçımız Cəbrayıl rayonuna 7 dəfə səfər etmişdir. Bu səfərlərdə mühüm infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimləri olmuşdur. Həyata keçirilən bərpa-quruculuq işlərində tezliklə Cəbrayıl rayonuna gələcək vətəndaşların rahatlığı üçün bütün məsələlər nəzərə alınır.
Görülən işlər əminliklə deməyə əsas verir ki, tezliklə Cəbrayıl eləcə də işğaldan azad olunmuş digər rayonlarımız dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

