YAP ərazi partiya təşkilatına sədr seçilib
29.09.2023 [13:13]
Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatı Azadlıq prospekti 20 üzrə - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatına sədr seçilib.
Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində YAP Nəsimi Rayon Təşkilatı Azadlıq prospekti 20 üzrə - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının seçki yığıncağı keçirilib.
Tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, hər iki təhsil müəssisəsinin professor-müəllim heyəti iştirak edib. Hesabat-seçki yığıncağında öncə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP-ın Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov çıxış edərək YAP-ın yaranması ərəfəsində ölkədə olan siyasi vəziyyətdən bəhs edib və bildirib ki, Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində - ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə yaranan partiya gənc dövlətin bütün çətinlikləri yenərək möhkəmlənməsi və inkişafının əsasını təşkil etdi. O, qeyd edib ki, YAP-ın yaranması və 1993-cü ilin oktyabrında partiyanın sədri ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə Prezident seçilməsi Azərbaycanda yeni dövrün, yeni inkişaf mərhələsinin əsasını qoyub.
ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov çıxışında YAP-ın yaranma zərurətindən və ölkəmizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb və bildirib ki, zamanında edilən düzgün seçim və xalqımızın YAP ətrafında sıx birləşərək ölkənin inkişafına təkan verməsi bu gün artıq öz nəticəsini verməkdədir. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən xalqın partiyasına çevrildiyini deyən Vazeh Əskərov ölkəmizin bütün istiqamətlərdə qazandığı uğurlardan danışıb.
ADNSU-nun YAP ilk təşkilatının sədr müavini, dosent Tamilla Naibova hesabat məruzəsi ilə çıxış etdikdən sonra yeni sədrin - təklif olunan namizədin seçilməsi səsverməyə çıxarılıb. Belə ki, ADNSU-nun İKT şöbəsinin müdiri Salman Salmanov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərazi partiya təşkilatının sədri, dosent Tamilla Naibova isə sədrin müavini vəzifəsinə seçilib.
Ona göstərilən etimada görə minnətdarlığını bildirən Salman Salmanov Azərbaycanda gənclərin hər zaman diqqət və qayğı ilə əhatə olunmasından, onların sağlam və savadlı, o cümlədən layiqli vətəndaş kimi formalaşması istiqamətində dövət səviyyəsində aparılan islahatlardan danışıb. O qeyd edib ki, YAP həm də gənclərin partiyasıdır və YAP-ın üzvü olan ADNSU əməkdaşlarının universitetin və cəmiyyətin həyatında aktiv olacağına əminliyini bildirib.
Sonda YAP-a yeni üzv olan gənclərə vəsiqələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25

