Qanunun aliliyi əsas şərtdir
29.09.2023 [10:55]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlarının təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını da özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər.
Siyasi partiyalardan söz düşmüşkən, bu təsisatların fəaliyyətini tənzimləyən hüquqi bazanın mövcudluğu başlıca şərtdir. Nəzərə alaq ki, “Siyasi partiyalar haqqında” qanun ilk dəfə 1992-ci ildə qəbul olunmuşdu. Lakin o dövrdən indiyədək uzun bir zaman keçib, cəmiyyətimizdə yeni reallıqlar baş verib, ölkəmiz sürətlə inkişaf edib. Buna görə də, xeyli vaxt idi ki, cəmiyyətimizdə bu istiqamətdə yeni qanunun hazırlanın qəbul edilməsi çağırışları səslənirdi. Nəhayət, ötən il bu prosesin həyata keçirilməsi üçün əməli addımlar atılmağa başlandı. Parlamentdə təmsil olunan siaysi partiyaların müraciəti əsasında yeni qanun layihəsi hazırlandı, layihənin geniş ictimai müzakirəsi təşkil olundu. Daha sonra sənəd Milli Məclisdə müzakirə olunaraq qəbul edildi, bu ilin yanvarında isə dövlət başçısı tərəfindən təsdiqləndi.
Lakin bu sənəd hələ layihə səviyyəsində olarkən, radikal müxalifət öz ənənəsinə uyğun olaraq əks-təbliğata başlamışdı. Yeni qanuna uyğun olaraq həyata keçirilən siyasi partiyaların yenidən qeydiyyata alınması prosesi radikal müxalifətin qərəzli olaraq şərh edilirdi.
Nəzərə almaq lazımdır ki, demokratik və hüquqi dövlət quruculuğunu özünün əsas prinsiplərindən biri kimi bəyan edən Azərbaycanda siyasi sistemin daha da təkmilləşdirilməsini hədəfləyən islahatlar davamlı səciyyə daşıyır. Bu çərçivədə hüquqi bazanın möhkəmləndirilməsinə, vətəndaş cəmiyyətinin fəallığının artırılmasına, dövlət idarəçiliyində ictimai nəzarətin gücləndirilməsinə, siyasi konfiqurasiyanın yeni çağırışlara və reallıqlara adekvatlığının təmin olunmasına xüsusi diqqət göstərilir. Yeni qanunun qəbulundan sonra respublikamızda siyasi partiyaların qanunvericilik çərçivəsində fəaliyyətlərinə nəzarət gücləndirilib. Siyasi partiyaların fəaliyyətində rast gəlinən boşluqlar və qanundan kənara çıxma halları ilk növbədə hüquqi tənzimləmə yolu ilə aradan qaldırılır. Bütövlükdə, “Siyasi partiyalar haqqında” qanun ölkədə fəaliyyət göstərən partiyaların siyasi proseslərdəki iştirakını tənzimləyən, onların cəmiyyətdəki yerini və rolunu müəyyənləşdirən, hüquq və vəzifələrini özündə əks etdirən qaydalar, prinsiplər və normalar məcmusudur.
Radikal müxalifət isə ölkəmizdə siyasi konfiqurasiyanın genişləndirilməsi, onun keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə nəzarət sisteminin gücləndirilməsini “demokratiyaya, siyasi partiyalara təzyiq” anlamında təqdim edir. Səsləndirilən absurd iddialardan biri də yeni qanunla reyestr qaydalarının tətbiqi ilə bağlıdır. Bəli, yeni qanunla yenidən qeydiyyata alınma prosesi üçün partiyaların qarşısına 5 min üzvə malik olmaq tələbi qoyulub. Partiyalar, həmçinin yenidən qeydiyyatdan keçmək üçün üzvlərinin reyestrini müvafiq dövlət qurumuna - Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bu kimi qaydalar yenidən qeydiyyata alınma prosesində istisnasız olaraq bütün siyasi partiyalara münasibətdə tətbiq olunur, burada hansısa ayrı-seçkilik aparılmır. Radikalların nəzərinə çatdıraq ki, yeni qanun qüvvəyə minəndən sonra 31 partiya 5 min üzvə malik olmadığına görə öz təşəbbüsü ilə ləğv olunduğunu bəyan edib. 27 siyasi partiya isə yenidən qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdi. Həmin partiyaların da mütləq əksəriyyəti yenidən qeydiyyatdan keçib.
Siyasi partiyalar haqqında yeni qanunu tənqid edən AXCP, Müsavat, REAL kimi partiyalar da müvafiq qaydada qeydiyyata alınıblar. Partiyaların adlardan da göründüyü kimi, yenidən qeydiyyat prosesində ayrı-seçkilikdən söhbət belə getmir. Beş minlik üzv tələbini ödəyən və reyestr məlumatlarını düzgün təqdim edən siyasi partiyaların təkrar qeydiyyatı üçün heç bir problem yoxdur. AXCP, Müsavat, REAL kimi partiyaların yenidən qeydiyyatının bir qədər yubanması isə onların məhz reyestr məlumatlarındakı uyğunsuzluqların yoxlanılması ilə bağlı olub. Uyğunsuzluqlar partiyalar tərəfindən aradan qaldırıldıqdan sonra onların qeydiyyata alınmaları da həllini tapıb. Bunu partiyaların funksionerlərinin özləri də KİV-ə açıqlamalarında bildiriblər.
Bir sözlə, Azərbaycan hüquqi-demokratik dövlətdir və ölkəmizdə bütün məsələlər qanunlar çərçivəsində həllini tapır. Bu baxımdan, radikal müxalifətin nə deməsindən asılı olmayaraq bundan sonra da siyasi partiyaların fəaliyyətində qanunun aliliyi əsas şərt olacaq!
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31

