YAP Mərkəzi Aparatında KXDR-in ölkəmizdəki səfiri ilə görüş keçirilib
18.08.2023 [14:42]
Avqustun 18-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Koreya Xalq Demokratik Respublikasının (KXDR) Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxol ilə görüş keçirilib.
Qonaqları salamlayan YAP Mərkəzi Aparatı rəhbərinin müavini Əhliman Tağıyev Koreya Xalq Demokratik Respublikasının Azərbaycan üçün dost ölkə olduğunu bildirib. Ötən il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu xatırladan Əhliman Tağıyev Azərbaycanla Koreya Xalq Demokratik Respublikası, eləcə də YAP ilə Koreya Əmək Partiyası arasında dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı faydalı münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, hakim partiyalar arasında əlaqələrin genişləndirilməsi dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.
Koreya Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sin Xon Çxol Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə edib. Ümummilli Lider Heydər Əliyevin 1985-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini qismində nümayəndə heyətinin rəhbəri kimi KXDR-ə səfər etdiyini xatırladan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlar əldə etdiyini vurğulayıb. Azərbaycanın Qoşulmama Hərəkatında yüksək səviyyədə təmsil olunmasına toxunan səfir ölkəmizin Hərəkata sədrlik müddətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, Koreya Əmək Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin qurulmasında və inkişafında maraqlı olduqlarını, bu istiqamətdə qarşılıqlı fikir mübadiləsinin aparılmasının böyük önəm daşıdığını bildirib.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07

