Xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi
10.05.2023 [12:08]
Tarix yaradan insanlar əbədiyyətə həkk olunan ideya və əməlləri ilə yaşadıqları dövrə, zamana sığmır, illərlə yaşayır, zamandan – zamana, dövrdən – dövrə tarixlə adlayırlar. Azərbaycanın son yarım əsrinin möhtəşəm tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. XX əsrin 70-ci illərindən etibarən onun böyük səyləri sayəsində yeni inkişaf mərhələsini yaşamış Azərbaycan, müstəqilliyimizin ilk dövründə üzləşdiyi çətinliklərdən də məhz bu dahi şəxsiyyətin mətinliyi və bənzərsiz siyasi iradəsi hesabına çıxaraq tərəqqi yoluna qədəm qoya bilmişdir.
Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu Öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi. Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Milli liderlik və siyasi liderlik keyfiyyətlərinin dünya tarixində bir dövlət xadimində birləşməsi nadir hallarda rast gəlinir. Məhz bu iki keyfiyyəti özündə cəmləşdirən şəxslər xalqın ümummilli liderinə çevrilir. Heydər Əliyev Azərbaycan xalqının həm siyasi lideri oldu, həm də milli lideri. Zaman-zaman yeniləşən nəsillər Ümummilli Liderin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.
Xalqımızı tarixin amansız keşməkeşlərindən uğurla keçirib yaşatmış, inkişafa istiqamətləndirmiş, daim onun öz taleyinin hakimi olmasına çalışmış Ulu Öndərin on illərlə apardığı mükəmməl islahatlar, dövlət quruculuğu prosesinin bütün vacib məqamlarını və elementlərini özündə ehtiva edən idarəetmə sistemini yaratması, ölkəni gələcək uğurlara aparan irimiqyaslı enerji layihələrinin əsasını qoyması və onun gerçəklənməsi üçün əzm, qətiyyət göstərməsi son nəticədə iqtisadi müstəqilliyimizin və iqtisadi təhlükəsizliyimizin maddi maliyyə bazasının genişlənməsi ilə nəticələndi ki, bu da güclü iqtisadiyyatın, möhkəm sosial infrastrukturun permonentliyini təmin edərək Azərbaycan uğrunda aparılan cahanşümül işlərin ana xətti sayıla bilər. Məhz bu siyasətin nəticəsidir ki, müasir Azərbaycan dünyada öz layiqli yerini tutaraq möhkəmlənməkdə və getdikcə regionun böyük perspektivləri olan bir dövlətə çevrilməkdədir.
Azərbaycan xalqının qüdrətli oğlunun tarixi xidmətlərindən danışarkən hansı sahədən başlasan, mütləq vətənpərvərlikdə, böyük ümumxalq məhəbbətində dayanmalı, fikrini milli qanun və təəsübkeşlik hissləri ilə tamamlamalı olursan. Başqa cür də mümkün deyil. Çünki bu amal onun həyatının başlıca məramı idi. O, bütün həyatını yalnız bu məqsədə həsr etdi.
Heydər Əliyev dühasına bələd olan, dünyanın siyasi arenasının aparıcı şəxsiyyətləri də onu tarix yaradan dövlət başçısı, böyük ,mürəkkəb siyasi proseslərə təsir etmək gücünə malik siyasətçi kimi dəyərləndirirdilər.
Fəaliyyəti boyu Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrinin mütərəqqi inkişafına, islahatların aparılmasına təminatlar yaradan Heydər Əliyev ölkəni dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsini ən ali məqsədlərdən biri olduğunu açıq ifadə edirdi. Onun həyata keçirdiyi genişmiqyaslı islahatların qayəsində məhz iqtisadi artımın mütamadi yüksəldilməsi məsələləri dayanırdı.
Bu gün Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50

