"Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncləri" mövzusunda dəyirmi masa keçirildi
05.05.2023 [15:56]
YAP Göygöl Rayon Təşkilatının, Göygöl Gənclər Evi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin rayon şöbəsi ilə birgə təşkil etdiyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ilinə həsr edilmiş "Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncləri" mövzusunda keçirilən tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb. Sonra Göygöl Gənclər Evində yaradılmış vətənpərlik otağının şəraiti ilə yaxından tanışlıq keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından danışıb, cəmiyyətin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki yeri və rolu haqqında geniş və ətraflı söhbət açaraq, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışmış, 2023-cü təqvim ilinin “Heydər Əliyev İli” kimi qəbul olunmasını Ulu Öndərə sədaqətin bariz nümunəsi kimi qeyd etmişdir. Vüqar İsayev, siyasi fəaliyyəti boyunca Azərbaycan xalqına bağlı olan, onun müstəqilliyi, inkişafı və parlaq gələcəyi naminə durmadan çalışan, dövlətçilik ənənələrimizi azərbaycançılıq ideologiyasının prinsipləri ilə cilalayan Heydər Əliyev irsinin bütün insanlar tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətindən geniş bəhs etmişdir.
Göygöl Gənclər Evi SXM-nin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin müasir tariximizdə müstəsna yer tutduğunu vurğulayaraq qeyd edib ki, istənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub.
Qarabağ Əlillərinə İctimai Birliyinin Sədri Araz Abbasov çıxış edərək Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətləri, dövlət müstəqilliyinin qorunub saxlanılması, ordu quruculuğu, respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə misilsiz fəaliyyəti haqqında geniş məlumat vermişdir.
Göygöl Gənclər Evinin əməkdaşı Qoşun Nəsirov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini vacib tarixi hadisə adlandıraraq, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsinin gənclər üçün böyük fürsət olduğunu iştirakçıların diqqətinə çatdıraraq qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir.
Tədbirdə Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirilib
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

