Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Heydər Əliyev ili" çərçivəsində tədbirlər keçirilib

"Heydər Əliyev ili" çərçivəsində tədbirlər keçirilib

05.05.2023 [12:04]

2023-cü il Azərbaycan Respulikasında "Heydər Əliyev ili" elan edilməsi ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının M.Cəlal küç. 26 üzrə (240 nömrəli tam orta məktəb) yerləşən ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülara Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının sədri Azər Süleymanov, məktəb direktorları, valideynlər, müəllimlər, şagirdlər iştirak ediblər. Tədbirdə Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən rəngarəng, maraqlı videolar nümayiş etdirildi.

Ulu Öndərin sevdiyi gözəl nəğmələr ifa olundu. Ümummilli liderə həsr olunmuş şerlər səsləndirildi. Bir-birindən maraqlı ifalar instrumental alətlərdə səsələndirildi. Doğma Vətənimiz Azərbaycana həsr olunmuş rəqslər nümayiş etdirildi. Müxtəlif kompozisiyalar təqdim edildi.

Tədbirin sonunda qonaqlara çıxış etmək üçün söz verildi. Onlar Ulu Öndərin Azərbaycana olan sevgisi, xalqa həsr olunmuş ömrü haqqında öz fikir və düşüncələrini bölüşdülər.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31