Uğurlu enerji strategiyası
28.04.2023 [14:51]
Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində ölkəmizlə dost və tərəfdaş olan ölkələrin sayı davamlı olaraq artmaqdadır. Belə ölkələrdən biri də Bolqarıstandır. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu fakt həmçinin ölkələrimiz arasında əməkdaşlıq səviyyəsinin göstəricisidir. Məhz bu səbəbdən Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu da Sofiyada imzalandı.
Ölkəmiz uzun illərdir ki, Avropa bazarına neft və neft-kimya məhsulları ixrac edir. Hazırda isə qaz ixracı da əsas məhsullar sırasındadır. Bu müddət ərzində Azərbaycan Avropada, eləcə də dünyada etibarlı tərəfdaş olaraq tanınıb. Ümumiyyətlə, Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. Aprelin 25-də imzalanmış Anlaşma Memorandumu icra olunduqdan sonra Azərbaycan Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və daha çox Avropa ölkəsinə qaz ixrac etmək fürsəti yaranacaq. Bir sözlə, enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Artıq üç əsas enerji infrastrukturu layihəsi uğurla tamamlanmışdır. Bunlar Xəzərdən Aralıq dənizinə, Xəzərdən Qara dənizə gedən boru kəmərləri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizidir. Hazırda Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparır. Çünki ölkəmizin kifayət qədər böyük həcmdə bərpaolunan enerji potensialı vardır. Belə ki, Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır.
Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev ölkəmizin bərpaolunan enerji potensialı haqda danışarəkən bildirdi ki, Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti də Avropadır. Ölkə başçı həmçinin onu da qeyd etdi ki, neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr vardır. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq.
Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi çoxşaxəli enerji layihələri ölkəmizin gələcək iqtisadi gücünün artmasına hesablanıb. Bu enerji layihələri eyni zamanda onu da sübut edir ki, Avrasiyanın enerji xəritəsi yenidən cızılır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58

