/ / Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması suverenliyimizin bərpası üçün önəmlidir
Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması suverenliyimizin bərpası üçün önəmlidir
26.04.2023 [12:37]
Məlum olduğu kimi, Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaradıb. Yerli siyasi tədqiqatçılar birmənlı şəkildə qeyd edirlər ki, Ermənistanla sərhəddəki məşhur Həkəri çayı üstündəki körpüdə sərhəd-buraxılış məntəqəsinin qurulması böyük tarixi hadisədir və mühüm əhəmiyyət kəsb edir. Bu qiymətləndirmə müxtəlif cəhətlərdən sübut oluna bilər.
Onu da vurğulamaq yerinə düşər ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan imzalanmış üçtərəfli Bəyanata sadiq qalaraq üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Qarşı tərəf isə sənədin müvafiq müddəalarına zidd olaraq, iki il yarımdır ki, öz silahlı qüvvələrini regiondan çıxarmır, əksinə orada olan qeyri-qanuni silahlı dəstələrin hərbi təchizatı ilə məşğul olur. Digər tərəfdən, Azərbaycan dəfələrlə bəyan edib ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik. Dövlət başçısının bu günlərdə bəyan etdiyi kimi, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Bunu birmənalı olaraq erməni hakimiyyəti, separatçılar və onlara havadarlıq edən qüvvələr də başa düşməlidirlər!
Bu baxımdan, Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz ərazisində suverenliyinin bərpası yönündə ən mühüm addımdır. Çünki Ermənistanla sərhədə beynəlxalq qanunlara uyğun şəkildə nəzarət edilməsi bir çox problemləri birdəfəlik həll edəcək. Birincisi, ölkə ərazisinə giriş-çıxış dövlət qurumlarımızın nəzarəti altında həyata keçiriləcək ki, bu da milli təhlükəsizliyimizin təmin edilməsinin başlıca şərtlərindən biridir. İkincisi, Ermənistan ərazisindən ermənilərin və üçüncü tərəflərin ərazimizə qeyri-qanuni şəkildə girişinin, Ermənistan ərazisindən ölkəmizə silah-sursat keçirilməsinin və hərbi qüvvə göndərilməsinin qarşısı birdəfəlik alınacaq.
Ən əsas gözlənti odur ki, Rusiya Federasiyasının sülhməramlı kontingetinin müvəqqəti nəzarətində olan bölgədəki separatçı ünsürlər, o cümlədən indiyə qədər Azərbaycan dövlətinə və vətəndaşlarına qarşı cinayət əməlləri törətmiş bütün şəxslər artıq Azərbaycan ərazisini özbaşına tərk edə bilməyəcəklər. Bir sözlə, Xankəndidə özlərinə sığınacaq tapmış bütün cinayətkarlar layiqli cəzalarını alacaqlar.
Bu vəziyyətə görə revanşist qüvvələrin Ermənistanda və ermənilərin güclü diaspora malik olan ölkələrdə saldığı hay-küyü nəzərə almasaq, ermənilərin əksəriyyətində artıq belə bir fikir çoxdan formalaşıb ki, Azərbaycan Prezidenti İlham Əliyev qarşısına qoyduğu bütün hədəflərə nail olub. Ermənistan siyasi hakimiyyəti də bunu anlayır ki, müasir dövrdə getdikcə sürətlənən qloballaşma şəraitində Avrasiyanın vahid iqtisadi- mədəni orqanizm kimi fəaliyyət göstərə bilməsi üçün ilk növbədə qarşılıqlı iqtisadi əlaqələrin daha səmərəli əsasda yenidən qurulması zərurəti var. Belə ki, Avrasiya miqyasında Cənubi Qafqaz regionunun və ayrılıqda Azərbaycanın iqtisadi, siyasi önəmi dəfələrlə artır. Regionda söz sahibi olan Azərbaycan bunu yaxşı başa düşür, inkişaf naminə sülhün vacib olduğunu bəyan edir. Artıq 2 ildən çoxdur sülh müqaviləsi imzalamaqdan boyun qaçıran Ermənistan da son hadisələrdən sonra reallığa daha adekvat yanaşsa, regionda sabitlik bərqərar olacaq.
Zamir Hüseynov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxAnalitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37

