Azərbaycan gəncləri Heydər Əliyev irsini dərindən öyrənməlidirlər
05.04.2023 [17:44]
YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
“Heydər Əliyev İli” çərçivəsində aprelin 5-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbirdə YAP-ın Səbail rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə ADPU-nun binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Kinorejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyev uzaqgörən və müdrik şəxsiyyətdir. Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına həsr etdiyini deyən təşkilat sədri qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimizdir. Azərbaycan bu gün də Heydər Əliyev siyasətinin uğurlarından bəhrələnir. O, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu xatırladıb. Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb və İdarə Heyətinin qərarı ilə təsdiq edilib. Bu tədbir də həmin Plana uyğun olaraq təşkil edilib.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr dövlətçiliyimizin və xalqımızın intibahında tarixi bir mərhələni təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın formalaşması dövrü oldu. Hələ sovetlər dövründə Heydər Əliyev müstəqilliyimizin təməllərini atmışdı. 1970-ci illərdə Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit olunması, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin keçmiş ittifaqın nüfuzlu ali təhsil müəssisələrinə təhsil almağa göndərilməsi, onların peşəkar milli kadrlar kimi yetişdirilməsi o dövr üçün Ulu Öndərin xalqımızın qarşısında böyük xidmətləridir”.
Onun sözlərinə görə, 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq.
A.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev bu gün Heydər Əliyev yolunu uğurla davam etdirir: “Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar”.
Sonra çıxış edən kinorejissor, ssenarist, Xalq artisti Vaqif Mustafayev ulu öndər Heydər Əliyevlə görüşlərini və xatirələrini gənclərlə bölüşüb: “Heydər Əliyev bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Bu böyük şəxsiyyətin iradəsi, zəkası, uzaqgörənliyi nəticəsində tarixin gedişi dəyişdi. Azərbaycan bütün çətinliklərdən çıxaraq inkişaf yoluna qədəm qoydu, bütün dünyada tanınmağa başladı. Heydər Əliyev haqqında keçmişdə danışmaq mümkün deyil, O, hər zaman bizimlədir, əbədiyaşardır!”.
V.Mustafayev həmçinin ulu öndər haqqında çəkdiyi filmlərdən də ətraflı bəhs edib, Heydər Əliyevin sənətə və sənətkarlara yüksək qiymət verdiyini vurğulayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən C.Cəfərov Heydər Əliyevin zəngin irsinin hər zaman öyrəniləcəyini vurğulayıb.
C.Cəfərov Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başlatdığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Rektor ADPU-da da “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planının hazırlandığını və plana uyğun olaraq silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. O, gənclərə Heydər Əliyev irsini dərindən öyrənməyi tövsiyə edib.
Daha sonra gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

