Milli həmrəyliyə xidmət edən dialoq
30.03.2023 [12:22]
Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar hər bir sahəni əhatə edir. Təbii ki, islahatların məqsədi dayanıqlı və davamlı inkişafı təmin etməkdir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar ölkəmizin siyasi sistemindən də kənarda qalmayıb. Siyasi sahəni əhatə edən islahatlar da məhz siyasi sistemimizin sağlamlaşdırılmasına xidmət edir. Bu baxımdan ötən iki ildə çox mühüm işlər görülmüş, dayanıqlı dialoq ənənələri formalaşdırılmışdır. Son iki ildə “siyasi dialoq” məfhumu aktuallaşmış, siyasi münasibətlərdə köhnə stereotiplərin dəyişdirilməsi üçün ciddi irəliləyiş əldə edilmişdir.
Ölkədə formalaşan yeni siyasi konfiqurasiyasının təzahürü olaraq “Siyasi partiyalar haqqında” yeni Qanunun hazırlanmış və qəbul edilmişdir. Yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət etməklə bərabər ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsinə mühüm şərait yaradır. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Bu baxımdan, Prezident cənab İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. “Siyasi dialoq” artıq sadəcə demokratik məzmunlu atributiv xarakterli bir məfhum kimi yox, siyasətdə təkmil, konstruktiv, məsuliyyətli və peşəkar münasibətlərin mövcudluğunu şərtləndirən işlək mexanizm kimi qəbul olunmalıdır.
Siyasi dialoqa yaradılan əlverişli şəraitə baxmayaraq bu təşəbbüsləri inkar edən və bu proseslərdə iştirak etməkdən boyun qaçıran “qüvvələr” də tapılır. Bununla da həmin “qüvvələr” öz radikal və xain mövqelərini nümayiş etdirmiş olurlar. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa edirlər. Bu cür partiyalar açıq rəqabətə hazır deyillər və onlar müxalifətçiliyə dair öz inhisarçılığını itirmək qorxusunu yaşayırlar. Radikal müxalifətin tənqidi ritorikası emosional və spekulyativ xarakterli demaqogiyadır. Müxalifətin emosional və əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Rasionallıq və konkretlikdən uzaq olan demaqogiyanın strateji hədəfi əldə olunmuş uğurlara “kölgə” salmaqdan ibarətdir.
Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb. Bu cür ritorika sağlam əməkdaşlığa çağırmır, əksinə cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir. Belələrin yeganə çıxış yolu isə ancaq küçə etirazlarıdır. Bu cür yanaşma isə rasional, xüsusilə də peşəkar və demokratik sayıla bilməz. Rasional və demokratik müxalifətçilik dialoqsuz mümkün deyil. Açıq müzakirələr tələb edən dialoq mühiti cəmiyyətdə mövcud potensialının səfərbər olunmasına xidmət edir. Odur ki, dialoqun inkar edilməsi milli həmrəyliyə qarşı çıxış etmək deməkdir.
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsindən sonra onun da şahidi olmaq mümkündür ki, bu Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Çünki yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə edilməsi üçün əsaslı çətinlik yaradır.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

