Azərbaycanın bütün uğurlarının əsasında Heydər Əliyev siyasəti dayanır
29.03.2023 [17:40]
YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
“Heydər Əliyev İli” çərçivəsində martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə YAP-ın Suraxanı və Sabunçu rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlıq olub.
Sonra ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.
Daha sonra rayonun Heydər Əliyev Mərkəzi ziyarət edilib.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən “Heydər Əliyev İli” ilə əlaqədar Tədbirlər Planı hazırlanıb və İdarə Heyətinin qərarı ilə təsdiq edilib. Bu tədbir də həmin Plana uyğun olaraq təşkil edilib.
Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev gənclərə bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Bildirib ki, hər bir xalqın tarixində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatını doğma xalqının inkişaf və tərəqqisinə həsr etmiş, xalqını üzləşdiyi çətinliklərdən xilas etmiş dahi şəxsiyyətdir. O xatırladıb ki, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi. Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etdi. S.İmamverdiyev deyib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib.
YAP Veteranlar Şurasının üzvü Adilə Abasova çıxış edərək ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. O bildirib ki, Heydər Əliyev tarix yazan və yaradan bir şəxsiyyətdir: “Ulu Öndər bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Deyə bilərəm ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir tarixdir”.
A.Abasova deyib ki, müstəqil dövlətimiz özünün yeni inkişaf dövrünü yaşayır. Ötən illərə nəzər salarkən biz bu dönməz inkişafın möhkəm təməlinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunun şahidi oluruq. Bu, bir həqiqətdir ki, Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli istəyi ilə ikinci dəfə Azərbaycanın rəhbərliyinə gələndən sonra müstəqilliyimiz məhz onun qətiyyəti, zəngin təcrübəsi, güclü iradəsi, xalqına bağlılığı sayəsində əbədi xarakter aldı və dövlətimiz bütün sahələrdə inkişafa, yüksəlişə doğru irəlilədi. O, gəncləri Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyə çağırıb.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxışında Heydər Əliyevin memarlıq sənətinə olan diqqətindən ətraflı bəhs edib. E.Qasımzadə qeyd edib ki, Heydər Əliyev hələ sovet dövründə milli memarlığın qorunub saxlanılmasında, yaşadılmasında böyük xidmətlər göstərib. Bu da Ulu Öndərimizin milli dəyərlərimizə verdiyi yüksək qiymət idi. Heydər Əliyev, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı kimi öz adını tariximizə əbədi həkk edib. YAP Veteranlar Şurasının üzvü hər bir ölkənin uğurlu gələcəyinin gənclərdən asılı olduğunu deyib. Ona görə də Azərbaycan gəncliyi müstəqil dövlətimizi qorumaq, daha da inkişaf etdirmək üçün yüksək biliklərə yiyələnməli, layiqli vətəndaş kimi formalaşmalı və milli-mənəvi dəyərlərimizi qorumalıdırlar.
YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva isə bildirib ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib. Z.Quliyeva deyib ki, ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qazanılan bütün uğurların əsasında isə Heydər Əliyev siyasəti dayanır.
Daha sonra gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51

