Azərbaycan Silahlı Qüvvələri istənilən anda düşmənə layiqli cavab vermək iqtidarındadır
27.03.2023 [12:43]
Heç kimə sirr deyil ki, son 20 il ərzində ordu quruculuğu sahəsində həyata keçirilən davamlı tədbirlər, aparılan geniş islahatlar ölkəmizin müdafiə qüdrətini dəfələrlə artırıb. Prezident İlham Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində dövlətimizin hərtərəfli inkişafı, o cümlədən ölkə iqtisadiyyatının durmadan güclənməsi Silahlı Qüvvələrə kifayət qədər vəsait ayrılmasına imkan verib.
Əldə olunan uğurlar ordumuzun maddi-texniki bazasının, şəxsi heyətinin sosial müdafiəsinin daha da gücləndirilməsini şərtləndirib. Ötən müddət ərzində xarici ölkələrdən ən müasir zirehli texnikalar, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri və digər silahlar alınmaqla Silahlı Qüvvələrimizin maddi-texniki bazası yüksək səviyyəyə çatdırılıb. 2003-cü ildən bu günə qədər hərbi xərclərimiz dəfələrlə artırılıb, o cümlədən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 20-dən çox hərbi zavod yaradılıb, bu zavodlarda hərbi təyinatlı müxtəlif məhsul istehsal olunaraq ordumuzun potensialı gücləndirilib, eyni zamanda hərbi məhsullarımız xarici ölkələrə ixrac olunmaqdadır.
Yeri gəlmişkən, qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhəyanı zonalara ardıcıl səfərlər edərək hərbi qulluqçularla görüşməsi, onlarda mübarizə əzmini aşılayan qətiyyətli çıxışları şəxsi heyətdə sarsılmaz ruh yüksəkliyi yaradır. Məsələn, dövlət başçısı ötən il Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə deyib: “Müharibədən sonra bu gün Azərbaycan Ordusu daha güclüdür – həm təchizat nöqteyi-nəzərdən, həm də döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Ona görə biz bundan sonra da Ordumuzun inkişafı üçün ciddi addımlar atacağıq. Ən müasir silahları almaq üçün yeni kontraktlar imzalandı. Bu kontraktlar artıq icra olunur, yeni silahlar, ən müasir texnika Azərbaycana gətirilir və gətiriləcək”.
Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyevin mükəmməl strategiyasının Prezidentimiz tərəfindən yüksək məharətlə davam etdirilməsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir təchizatı ilə yeni inkişaf yoluna qədəm qoyub. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq bu gün vahid mərkəzdən idarə olunan, intellektual potensialı möhkəm, mənəvi-psixoloji hazırlıqlı, maddi-texniki bazası güclü, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Silahlı Qüvvələr formalaşıb. Bunu beynəlxalq qurumlar da öz tədqiqatları ilə sübut edir. Belə ki, “Global Firepower” təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı hesabatında dünyanın ən güclü orduları arasında Azərbaycanın Silahlı Qüvvələri də var. Azərbaycan Ordusu bu siyahıda 57-ci sırada qərar tutub.
Təsadüfi deyil ki, 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanın mükəmməl sərkərdəlik qabiliyyəti sayəsində qazanılan möhtəşəm zəfər tariximizə qızıl hərflərlə yazıldı. Vətən müharibəsində əldə edilən qələbə bütün dünyaya xalqımızın nə qədər vətənpərvər, qəhrəman övladları olduğunu, milli birliyimizin, həmrəyliyimizin sarsılmazlığını göstərdi. Ordumuz müharibənin ilk anından son gününə qədər işğalçıya layiqli dərs verdi, yüksək peşəkarlıq və döyüş əzmi göstərən Azərbaycan Silahlı Qüvvələri Ermənistanın bütün hərbi potensialını darmadağın etdi.
Bu gün Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan Silahlı Qüvvələri istənilən anda dövlətmizə qarşı olan təhdidlərin vaxtında qarşısını almaq, düşmənə layiqli cavab vermək iqtidarındadır. Bunu martın əvvəlində düşmən təxribatının qarşısının alınması zamanı, habelə Ermənistanın müxtəlif yollarla suveren ərazilərimizə canlı qüvvə və texnika daşımasının nəzarətə götürülməsi üçün bu günlərdə ordumuzun gördüyü zəruri tədbirlər də sübut edir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

