Təhlükəsiz gələcəyin təmin edilməsinə töhfə
15.03.2023 [10:40]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Martın 9-11 tarixlərində keçirilən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumunun iştirakçılarının say və təmsilçilik səviyyəsi də bunun bariz nümunəsidir. Belə ki, Foruma bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə qatıldı. Dövlət başçısı İlham Əliyev çıxışında bildirdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur.
Tədbir iştirakçılar istər Forumdakı çıxışlarında, istərsə də tədbir çərçivəsində keçirdikləri görüşlərdə belə bir reallıqlara diqqəti yönəltdilər ki, artıq onuncu dəfədir Bakı Forumuna toplaşırıq. İlbəil görürük ki, onun inandırıcı qüvvəsi, müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır. Bakı Forumu, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. Prezident ilk günlərdən öz dəstəyini verdi. Qlobal Bakı Forumu dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edilir.
Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzunu təsdiqləyən bu kimi fikirləri xeyli sayda sadalamaq olar. Reallığı özündə əks etdirən belə dəyərləndirmələr düzgün qurulan və möhkəm təmələ əsaslanan siyasətin davamlı uğurlarda, hər bir ölkənin beynəlxalq nüfuz qazanmasında roluna işıq salır. Ölkəmizin hər bir təşəbbüsünə beynəlxalq dəstək yüksək səviyyədədir. Cənab İlham Əliyev koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərdən geniş bəhs edərək onların səylərin birləşdirilməsi əsasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətini vurğuladı.
Forumu digər platformalardan fərqləndirən əsas cəhətlərdən biri coğrafi cəhətdən əhatəli olmasıdır. Dünyanın müxtəlif ölkələrindən gələn iştirakçıların fikir mübadiləsi aparmaq üçün paytaxt Bakını seçmələri Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsidir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri beynəlxalq mövqeyinin möhkəmlənməsində öz sözünü deyir. Qərblə Şərqin qovuşağında yerləşən Azərbaycan müxtəlif ölkələri, xalqları bir araya gətirən körpü rolunu oynayır.
Azərbaycan bu gün sülh gündəliyinin və yeni əməkdaşlıq fomatlarının müəllifi kimi nüfuz qazanır. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bir daha sülhə, təhlükəsizliyə, birliyə, əməkdaşlığa çağırışlar etdi. Hər bir çağırış və onun reallıqda öz əksini tapması təhlükəsiz gələcəyin təmin edilməsinə bir töhfədir.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09

