Azərbaycan Avropanın enerji xəritəsini dəyişib
13.03.2023 [11:31]
“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyev öz çıxışında dünyanın bir sıra aktual məsələlərinə diqqət çəkdi. Bu aktual məsələlərdən biri də Avropanın üzləşdiyi enerji təhlükəsizliyinin təminatı məsələsidir. Bu məsələ Rusiya-Ukrayna müharibəsi başlayandan sonra xüsusilə aktuallıq kəsb etməyə başalyıb. Prezident cənab İlham Əliyev X Qlobal Bakı Forumunda vurğuladı ki, ötən ilin iyunundan etibarən enerji təhlükəsizliyi məsələlərində xeyli hadisələr baş verib. Bakıda Avropa Komissiyasının sədri xanım Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycan və Avropa Komissiyası Enerji Sahəsində Anlaşma Memorandumu imzalayıblar. Bu əsasda Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb. Əgər ölkəmiz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdisə, bu il göstərici 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək. Ölkə başçısı bildirdi ki, Cənub Qaz Dəhlizi istismara verildikdən sonra Azərbaycan qaz yataqlarına sərmayələri artırıb. Avropada artan tələbatla əlaqədar Cənub Qaz Dəhlizinə daxil olan TANAP və TAP seqmentlərinin genişləndirilməsi gündəlikdə dayanan məsələdir. Belə ki, TANAP-ın 16 milyard kubmetrdən 32, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdə tutulub. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra qaz təchizatı və ya onun artırılması ilə bağlı Azərbaycan 10-dan artıq Avropa ölkəsindən müraciət alıb və bu müraciətlər əsasında işlər aparılır. Həmçinin Azərbaycan neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsullarını beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixrac edir. Bu gün Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır.
X Qlobal Bakı Forumunda Prezident cənab İlham Əliyev xatırlatdı ki, ötən ilin dekabrında Buxarestdə əlamətdar hadisə baş verdi - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Avropa Komissiyasının Sədrinin iştirakı ilə yaşıl enerji və onun ötürülməsinə dair Saziş imzaladılar. Bu Saziş əsasında Azərbaycandan Avropaya dənizdən külək enerjisi stansiyalarından ötürmə xətti çəkiləcək və həmin ötürmə xəttinin bir hissəsi Qara dənizin dibi ilə gedəcək. Nəticədə isə Avropanın enerji xəritəsində mühüm dəyişiklik olacaq. Azərbaycan Avropanın enerji xəritəsini neft və qaz boru kəmərlərinin inşası ilə artıq dəyişib, indi isə növbə yaşıl enerjini təmin edəcək elektrik xətlərinindir.
Ölkə başçısı diqqətə çatdırdı ki, IX Qlobal Bakı Forumundan ötən dövr ərzində Azərbaycan dünyanın bir neçə aparıcı enerji şirkətləri ilə müqavilə və anlaşma memorandumları imzalayıb. Bunun nəticəsində Azərbaycanda günəş və külək enerjisindən 25 meqavat həcmində yaşıl enerji əldə olunacaq. Ölkəmiz yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyası Xəzər dənizində Azərbaycanın külək enerjisi potensialı ilə bağlı yekun dəyərləndirməni başa çatdırıb və bu potensialın 157 qiqavat olduğunu təsbit edib. Buraya quruda olan daha 40 qiqavat potensial da əlavə edilə bilər. Bir sözlə, Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialı mövcuddur və bu potensialdan səmərəli istifadə edilməsi üçün planlı işlər həyata keçirlməyə başlanıb.
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

