Dünyanı narahat edən vacib məsələlər Bakı Forumunda müzakirə olunur
13.03.2023 [11:01]
09 mart 2023-cü il tarixdə Bakı şəhərində keçirilən və ildən-ilə daha çox əhəmiyyət kəsb edən X Qlobal Forumu öz işinə başladı. Bakı Forumu qlobal çağırışların müzakirəsi üçün bir növ unikal platforma adlandırılır. Bu isə dünya səviyyəli ictimai-siyasi xadimlərin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ətrafında cəmləşməsi sayəsində baş verir. Prezident cənab İlham Əliyev X Qlobal Forumunun açılışında qeyd etdi ki, “İştirakçıların səviyyəsi və Qlobal Bakı Forumunun intellektual səviyyəsi digər beynəlxalq konfransların səviyyəsinə uyğundur.
İndi Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Bunun əsasında isə Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət, verilən qəti qərarlar, əlverişli biznes mühiti və yaradılan müasir infrastruktur dayanır. Beynəlxalq tədbirlər Azərbaycandakı mövcud reallığın dünyaya çatdırılması, əldə edilən nailiyyətlərin nümayiş etdirilməsi baxımından da olduqca vacibdir. İldən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Qlobal Bakı Forumu ̶ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forumdur. 2013-cü ildən indiyədək 10 forum keçirilmişdir.
Forumda 60 ölkədən 300-ə yaxın iştirakçı, o cümlədən keçmiş prezidentlər və hökumət başçıları iştirak edir. Forum çərçivəsində mühüm məsələlər, yeni dünya düzəninin formalaşması aspektləri, eləcə də qlobal təhlükəsizlik perspektivləri və qarşıda duran çağırışlar ətrafında müzakirələr və panel müzakirələri aparılır. Siyasi analitiklərin fikrincə, Bakıda keçirilən Qlobal Forum yeni yanaşmaların işlənib hazırlanması və səmərəli müzakirələr üçün son dərəcə rahat və nüfuzlu platforma kimi özünü təsdiqləyir.
Forumda müzakirələrin səviyyəsinin yüksək olacağını vurğulayan dövlətimizin başçısı bildirdi ki, göstəriləcək yeni həllər çox dəyərli olacaq. Buna görə də, ötən dəfə olduğu kimi, indiki Bakı Forumunda da aparılan müzakirələr və fikir mübadiləsi dünya gündəmində olan ən mühüm problemlərin öyrənilməsinə və həllinə öz töhfəsini verəcək. Xüsusilə qeyd etmək lazımdır ki, X Qlobal Bakı Forumunun mövzusu təkcə bu gün bütün dünyada siyasi elitanı və ekspertləri narahat edənləri deyil, həm də Azərbaycanın bu çağırışlarla mübarizədə unikal təcrübəsini ortaya qoyur. Prezident İlham Əliyevin siyasəti sayəsində ölkəmizin Avropada enerji böhranının nəticələrinin yumşaldılmasında rolu getdikcə artır.
Bütün bunları nəzərə alaraq əminliklə söyləmək olar ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycan paytaxtında keçirilən və müzakirə olunan mövzuların zənginliyi ilə seçilən X Qlobal Bakı Forumu da dünyanı düşündürən problemlərin həlli yollarının tapılması baxımından səmərəli olacaqdır.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

