Göygöldə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib
06.03.2023 [12:43]
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı “Heydər Əliyev İli” çərçivəsində 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatında “Ulu Öndər Heydər Əliyevin əsas məqsədi cəmiyyəti müstəqillik ideyası ətrafında birləşdirmək idi” adlı tədbir keçirilib.
Əvvəlcə tədbirdə Ulu öndər Heydər Əliyevin, Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin, həmçinin Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən 2№-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri Nizami Çıraqov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın ən çətin anlarında öz həyatı və ailəsinin həyatı bahasına olsa belə dövləti qoruyub saxlamışdır. Bu dahi siyasi xadim XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bütün varlığı ilə dövlətini, xalqını sevən, onun inkişafı və gələcəyi üçün heç bir çətinlikdən çəkinməyən Ulu Öndərin əsas məqsədi cəmiyyəti müstəqillik ideyası ətrafında birləşdirmək idi. Böyük siyasi xadim yaxşı anlayırdı ki, bunun üçün çox çalışmaq, mübarizə aparmaq lazımdır. Ancaq ən mühüm olan isə insanların təfəkküründə dövlətçilik ideyasını aşılamaq idi. Ulu Öndər dəfələrlə çıxışlarında vurğulayırdı ki, Azərbaycan müstəqil dövlətdir və bundan sonra heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. Ulu Öndər hər bir addımında, hər bir qərarında Azərbaycan inkişafı və gələcəyi üçün çalışırdı, bütün həyatını bu müqəddəs məqsədə həsr etmişdi.
Çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov ümummilli lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyətindən, eləcə də müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi müstəsna xidmətlərindən bəhs edib.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bu gün ümummilli lider Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir. Qeyd edilib ki, qazanılan bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Qarabağ və Şərqi Zəngəzur azad olunaraq, ərazi bütövlüyümüz təmin edildi. Artıq bölgədə yeni reallıq yaranır. Digər tərəfdən isə dünyada yeni nizam yaranmaqdadır. Belə bir gərgin və məsuliyyətli zamanda superdövlətlər əhatəsində olan Azərbaycan müstəqil, suveren dövlət olaraq öz varlığını, gələcək taleyini möhkəmləndirmək formulunu araşdırır. Dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, onun gələcəyə yönəlmiş hədəfləri düzgün qiymətləndirmə bacarığı, diplomatik məharəti, praqmatik qərarları dövlətimizin imkanlarını artırır. Əlbəttə ki, strateji təməl nə qədər sarsılmazdırsa, möhkəm dayaqlara malikdirsə, o dövlətin də belə bir mürəkkəb vəziyyətdə özünəməxsus yer alması da bir o qədər güclü olar. Hər birimiz fəxr edirik ki, bu gün Ümummilli Lider Heydər Əliyevin yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha da gücləndirirlər. Bizim hər birimizin inamı bundan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir! Biz çox xoşbəxt xalqıq!
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22

