Xocalı qətliamı qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış soyqırımdır
24.02.2023 [12:08]
Azərbaycan xalqının tarixində soyqırım kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarix etibarı ilə əslində mövcud olmayan erməni məsələsi ilə bağlıdır. Erməni millətçiləri Azərbaycan torpaqları hesabına “böyük ermənistan” yaratmaq xülyasına düşmüş və məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğnlar törətmişlər. Qarabağdakı hadisələr də müstəqilliyimizin əleyhinə yönəlmişdir və Xocalı soyqırımı həmin prosesin kulminasiya nöqtəsi idi.
Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməmiş soyqırımı törətdilər. Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də, xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların cəsədləri ilə dolmuşdu. Ermənilər qadınlara və uşaqlara, qocalara və xəstələrə rəhm etmədən hamını güllələyərək süngüdən keçirmişdilər.
Xocalı faciəsi təsadüfi hadisə deyildi. Bu qətliamı törətməklə ermənilər xalqımızı qorxutmaq, onu tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alındı. 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar.
Xocalı soyqırımı dünyanın heç bi faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer olmamalıdır. Azərbaycan xalqının başına gələn bu faciə istənilən xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymağa davam edirlər.
Məzlum xalq imicinə aldanan bəzi ölkələr isə erməni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub qondarma “erməni soyqırımını” tanımağa başladılar. Lakin Azərbaycan xalqı Xocalı faciəsini unutmayacaq və dünyanın da ermənilərin terrorçu olduğunu qəbul etmələri üçün Xocalı həqiqətlərinin beynəlxaq ictimaiyyətə çatdırılması istiqamətində mübarizəsini davam etdirəcək.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09

