Göygöldə Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə silsilə tədbirlər davam edir
23.02.2023 [11:43]
22 Fevral 2023-cü il tarixdə Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl rayon təşkilatının və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə Göygöl rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə dəyirmi masa keçirildi. YAP fəallarının, QHT nümayəndələrinin və gənclərin iştirakı ilə keçirilən tədbiri YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev açıq elan etdikdən sonra Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Qardaş Türkiyədə təbii fəlakət nəticəsində həyatlarını itirmiş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Giriş nitqi ilə çıxış edən Vüqar İsayev 2023-cü ilin Heydər Əliyev ili elan olunmasını diqqətə çatdıraraq, xüsusi tədbirlər planı hazırlandığını, ilboyu silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını və təqvim planına uyğun olaraq həyata keçirildiyini bildirmişdir. XX əsrin ən dəhşətli və qanlı faciələrindən hesab edilən Xocalı soyqırımının insanlığa qarşı ən qatı terror aktı və bəşəriyyətə qarşı tarixi cinayət olduğunu vurğulayan Vüqar İsayev Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymətin 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin səyi nəticəsində verildiyini və 26 fevral - “Xocalı soyqırımı günü” elan edildiyini bildirmiş, Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin, birinci Vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi missiyadan danışmış, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kompaniyasının Xocalı soyqırımının beynəlxalq cinayət olaraq dünyaya çatdırılmasında böyük rolunun olduğunu qeyd etmişdir.
Çaykənd kənd Ərazi partiya təşkilatının sədr müavini Anar Rzayev “Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Dahi Heydər Əliyevin rolu” mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Sonra Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşı Vəfa İbrahimova çıxış edərək Xocalı soyqırımından nəticələrindən danışmış, Xocalı şəhərində erməni vandalizminin izlərinin bu günədək qaldığını bildirmiş və bu qətliamın baş verməsində əli olan şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlar tərəfindən tədbirlər görülməsi üçün hər bir azərbaycanlının aktiv fəaliyyət göstərməsinin vacibliyini önə çəkmişdir.
Digər çıxış edənlər Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Gənclər İdman İdarəsinin rəisi Zaur Abbasov, DAİM Ərazi partiya təşkilatının sədr müavini Valeh Əsədov, Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova müzakirələrə qoşularaq Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolundan və üzərlərinə düşən öhdəliklərdən danışılmışdır.
Müzakirələr başa çatdıqdan sonra Göygöl Gənclər Evinin hazırladığı Xocalı faciəsinə həsr olunmuş “O GECƏ OLMASAYDI” adlı film nümayiş olunmuşdur.
Xəbər lenti
Hamısına baxMaraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07

