Etimad mühiti
17.02.2023 [14:52]
Fevralın 13-də “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi Azərbaycanın, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında növbəti addım kimi dəyərləndirilir. Bu kimi mühüm addımlar, həmçinin ölkəmizin beynəlxalq aləmdə yeri və roluna, əməkdaşlıq əlaqələrinin bugünkü inkişaf səviyyəsinə də işıq salır.
Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Hər zaman bu mühüm məqam qeyd edilir ki, dövlətimizin siyasətində Avropa dövlətləri ilə əməkdaşlıq prioritetdir. Bu əlaqələrdə enerji amili mühüm rol oynayır. Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi, eyni zamanda, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihərinin hər birinin uğurlu sonluqla başa çatdırmaqda maraqlı olması daim dünyanın diqqətindədir. Ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasında da hər zaman münasibətlərdə etimad mühitinin qorunması əsas rol oynayır. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanmasında öz sözünü deyir. Bu baxımdan İtaliya şirkətinin yeni stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Ümumilikdə Azərbaycanla Avropa ittifaqına üzv olan 9 dövlət arasında Starteji Tərəfdaşlığa dair səqnəd imzalanıb. Bu isə öz növbəsində həm həmin ölkələr arasında ikitərəfli əməkdaşlığın, həm də Avropa İttifaqı ilə əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. İtaliya daim ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın yüksələn xətlə inkişafına öz töhfələrini verməyə səy göstərir.
İtaliya Cənub Qaz Dəhizi layihəsinin 7 iştiakçısından biridr. İki il bundan öncə, 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biri olan TAP istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev sözügedən təməlqoyma mərasimində bu məqamlara diqqəti yönəldərək bildirdi ki. bütövlükdə Azərbaycanla İtaliya arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir: “Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. O cümlədən Avropanın yeni ehtiyaclarını nəzərə alaraq və keçən il Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış sənədə əsasən, biz Avropa məkanına təbii qazın həcminin artırılmasını təmin edəcəyik. Əlbəttə ki, burada TAP layihəsinin iki dəfəyədək genişləndirilməsi məsələsi gündəlikdədir.”
Azərbaycan-İtaliya əməkdaşlığının yüksək səviyyədə olması bütün sahələrdə özünü qabarıq şəkildə büruzə verir. Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyinin əsas məsələlərdən olduğu bir vaxtda Azərbaycan-İtaliya əməkdaşlığı uğurlu sonluqla başa çatan, dünyanın təhlükəsizliyinə böyük töhfə olan layihələrdə özünün aydın ifadəsini tapır. İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun qeyd etdiyi kimi, Azərbaycan-İtaliyə əməkdaşlığında yeni səhifə açılır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28

