/ / Ölkə başçısının Macarıstana səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq
Ölkə başçısının Macarıstana səfəri ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq
02.02.2023 [11:41]
44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra Azərbaycanın dünyada mövqelərini daha da möhkəmlənir. Ölkəmizdə həyata keçirilən rasional siyasət kursu, uğurlu islahatlar, ölkəmizin geopolitik mövqelərinin daha da qüvvətlənməsi Azərbaycanın siyasi imkanlarına böyük töhfələr verir. Prezident İlham Əliyevin Avropaya səfərləri, Albaniyada, Serbiyada verdiyi mesajlar və sonuncu olaraq, Macarıstana rəsmi səfər ölkəmizin Mərkəzi və Şərqi Avropada böyük təsir imkanları formalaşdırdığını göstərir.Avropanın enerjiyə tələbatının kritik səviyyədə artması, Rusiya-Ukrayna müharibəsinin bu sahədə yaratdığı problemlər Azərbaycana geniş təsir və manevr imkanları vermişdir. Müasir siyasəti yükəsək səviyyədə həyata keçirən siyasətçilərdən biri olaraq cənab İlham Əliyev Azərbaycanı Avropada etibarlı tərəfdaş kimi tanıtdırmağa nail olmaqla bərabər, ölkənin iqtisadi inkişafı üçün bütün imkanlardan isitfadə edir.
Ölkə başçısının yanvarın 29-da Macarıstana səfəri Mərkəzi və Şərqi Avropanın bu dövləti ilə əlaqələrin daha da dərinləşdirilməsinə, əlaqələrin inkişafına hesablanmış addımlardan biridir.
Qeyd edək ki, Macarıstan öz potensialına görə regionda kifayət qədər nüfuzlu bir dövlət hesab olunur. Macarıstaın hədəfləri və siyasəti birmənalı olaraq fərqli müstəvidə həyata keçirilir. Bu mənada bu ölkə rəhbərliyinin Azərbaycana və ümumiyyətlə türk dövlətlərinə münasibəti özünəməxsusluğu ilə seçilir.
Azərbaycanla Macarıstan arasında mövcud əlaqələr yükəsk səviyyədədir. Enerji, təhsil, loqistika sahəsində əməkdaşlığın yüksəsk səviyyəsi hər iki ölkənin maraqlarına uyğundur.
Ölkə Prezidenti İlham Əliyevin mətbuata Bəyanatından göründüyü kimi Macarıstanla münasibətlər strateji əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasında tranzit ölkə kimi Macarıstana verilən önəmin arxasında həm də siyasi maraqlarımız dayanır və bu maraqlar Azərbaycanın gələcək addımlarında xüsusi rol oynayacaqdır. Cənab Prezident Bəyanatında bunu belə ifadə etmişdir:” Yəni, bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.”
Geostrateji mövqeyinə və yerləşdikləri regionlarda aparıcı rola malik olduqlarına görə Azərbaycanla Macarıstan bir-birinə daha çox bənzəyir. Həm də bu Avropa ölkəsini Azərbaycanla tarixi köklər bağlayır. Bu baxımdan bir sıra beynəlxalq təşkilatlarda Macarıstanın Azərbaycana yönəlik dəstək siyasəti çox önəmlidir.
Bir sıra sahələrdə Azərbaycanla geniş əməkdaşlıq fəaliyyətində olan Macarıstan dost ölkədir, qardaş ölkədir. Cənab İlham Əliyev siyasətinin ölkəmizə qazandırdığı belə ölkələrin siyasi müstəvidə bizə dəstək verməsi gələcəkdə Azərbaycanın mövqelərinin möhkəmlənməsinə ciddi təsir edəcəkdir.
Ölkə Przidentinin bəyanatında səsləndirdiyi “Bizim əməkdaşlığımızın böyük hissəsi enerji məsələlərinə həsr olunsa da, təkcə bu məsələlərlə məhdudlaşmır. Biz, eyni zamanda, nəqliyyat sahəsində çox böyük planlarımızı həyata keçiririk. Deyə bilərəm ki, biz dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Azərbaycanda mövcud müasir nəqliyyat infrastrukturu - istər tankerlər, gəmilər olsun, istər böyük dəniz ticarəti limanı olsun, dəmir yolları olsun, bunlar hamısı müasirdir və bütün lazımi tələblərə cavab verir. Ona görə Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, hesab edirəm ki, Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilə bilər. Burada Avropa ölkələri ilə və xüsusilə bizim üçün Avropa İttifaqı arasında ən yaxın tərəfdaşlarımızdan biri olan Macarıstanla əməkdaşlıq üçün çox yaxşı imkanlar var” fikirləri onu deməyə əsas verir ki, Şərqi Avropanın bu dövləti ilə münasibətlərimiz yükəslən xətlə inkişaf edir. Bu səfər göstərir ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Əminliklə söyləmək olar ki, səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

