Gənclər öz siyasi talelərini YAP-la bağlayırlar
12.04.2011 [10:10]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının qərargahında YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov partiyanın sıralarına yeni qəbul edilmiş gəncləri bu münasibətlə təbrik edib. Əli Əhmədov bildirib ki, bu gün YAP Nərimanov rayon təşkilatında 200 nəfərdən çox gəncin partiya sıralarına qoşulması onların vətəndaşlıq və siyasi mövqeyinin təzahürüdür.
Bu gün taleyini YAP ilə bağlamaq istəyən çoxlu sayda gəncin olduğunu deyən Əli Əhmədov bunun təsadüfi olmadığını qeyd edib: “Azərbaycan gəncliyi özünün maraqlarını ifadə etmək imkanlarını Yeni Azərbaycan Partiyasında görür. Azərbaycan gəncləri arzularının reallaşacağı bir yer varsa, onun Yeni Azərbaycan Partiyası olduğunu aydın şəkildə dərk edirlər. Dərk edirlər ki, məhz bu iqtidar onlara lazım olan bütün imkanları yaradıb. Gənclər öz taleyini Yeni Azərbaycan Partiyası ilə bağlamaqla Prezident İlham Əliyevin apardığı siyasətin reallaşmasına öz töhfələrini vermək niyyətlərini açıq şəkildə ortaya qoyurlar. Sevindirici haldır ki, gənclər düşünülmüş şəkildə, qətiyyətlə öz talelərini Yeni Azərbaycan Partiyası ilə bağlamağa qərar veriblər”.
Hazırda Azərbaycan gəncliyinə dövlət tərəfindən böyük diqqət yetirildiyini söyləyən Əli Əhmədovun sözlərinə görə, ölkəmizdə gənclər siyasəti ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. “Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan hökuməti gəncliyin inkişafı ilə bağlı vacib tədbirlər həyata keçirir, gənclərin yüksək təhsil alması, öz bilik və bacarıqlarını, potensiallarını nümayiş etdirmələri üçün müvafiq addımlar atır. Bildiyiniz kimi, hökumətimiz tərəfindən gənclərimizin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almaları ilə bağlı Dövlət Proqramı həyata keçirilir. Hesab edirəm ki, həmin gənclər təhsillərini uğurla başa vuraraq, dövlətimizin inkişafı istiqamətində öz töhfələrini verəcəklər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, bütün sahələr üzrə böyük uğurlar qazanır. Gənclər bizim gələcəyimizdir və ölkəmizin sabahı onlarla bağlıdır”.
Ə.Əhmədov qeyd edib ki, bu gün Azərbaycan gəncliyi ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, eləcə də, dövlətin xüsusi diqqət və qayğısı sayəsində sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, bu gün gənclərimiz Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək, onlara göstərilən etimadı yüksək səviyyədə doğrultmağa çalışır və bu istiqamətdə səylərini davam etdirirlər.
Partiya sıralarındakı 530 mindən artıq insanın 40 faizinin məhz gənclər olduğunu qeyd edən Ə.Əhmədov bildirib ki, təkcə 2010-cu ildə YAP-ın sıralarına daxil olan 30 minə yaxın insanın yarıdan çoxu gənclərdir: “ölkə Prezidenti İlham Əliyev hər zaman gənclərə böyük önəm verir, dövlət başçısının təşəbbüsü ilə ölkədə həyata keçirilən gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycanın ən fəal gəncləri isə məhz YAP-ın sıralarındadır. Son vaxtlar YAP Gənclər Birliyinin fəaliyyəti xeyli genişlənib. ölkənin ictimai-siyasi həyatında partiyanın gəncləri fəal iştirak edirlər. Beləliklə, onlar ölkə Prezidentinin həyata keçirdiyi siyasətə dəstək olurlar”.
Ə.Əhmədovun sözlərinə görə, dünya dəyişir, inkişaf edir, yeni texnologiyalar yaranır: “ölkəmizin bütün gəncləri kimi, YAP-ı təmsil edən gənclər də bu sosial şəbəkələrdə fəal iştirak edirlər, müzakirələrə qatılırlar. Bununla gənclərin cəmiyyətə inteqrasiyası sürətlənir, ictimai fikrə təsir imkanları artır. Nəticədə gənclərlə işin yeni məqamları meydana çıxır. Bütövlükdə, hesab edirik ki, ölkə gənclərinin fəal bir hissəsi olan YAP-ın gəncləri respublikanın ictimai-siyasi həyatında yaxından iştirak edir və bundan sonra da edəcəklər”.
YAP-a üzv olmaq üçün 200-dən artıq gəncin partiyanın Nərimanov rayon təşkilatına müraciət etdiyini və onların partiyaya qəbulu ilə bağlı qərar qəbul olunduğunu deyən Əli Əhmədov bu prosesin davamlı olacağına inandığı bildirib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev isə deyib ki, partiya sıralarına üzv olmaq üçün xeyli sayda gənclər müraciət edir. Onun sözlərinə görə, təşkilatda gənclərin sayı kifayət qədər yüksəkdir və bu göstərici günü-gündən artmaqdadır.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirdə, həmçinin, YAP sıralarına qoşulmuş gənclər çıxış edərək bu partiyanın üzvü olmaqdan şərəf duyduqlarını, bu adı Heydər Əliyev ideyalarına, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev siyasətinə sadiq qalmaqla doğruldacaqlarını bildiriblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17

