Üçtərəfli Zirvə Görüşü türk dövlətlərinin daha da güclənməsinə töhfə oldu
17.12.2022 [12:15]
Ortaq dini-mədəni köklərə və mənəvi dəyərlərə malik Azərbaycan, Türkiyə və Türkmənistanın Dövlət Başçılarının dekabrın 14-də Üçtərəfli Zirvə Görüşü bir daha onu göstərdi ki, türk dövlətlərinin milli-mənəvi birliyə söykənərək əlaqələri yüksələn xətlə inkişaf edir. Türk dövlətləri arasında münasibətlərin daha da inkişafı baxımından mühüm siyasi hadisəyə çevrilən Üçtərəfli Zirvə Görüş türk dövlətləri arasında qardaşlığın sarsılmazlığının beynəlxalq icimaiyyətə yenidən nümayişi ilə yadda qaldı.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, həm siyasi sahədə strateji tərəfdaşdırlar, həm də iqtisadi sahədə böyük uğurlara imza atan Azərbaycan, Türkiyə və Türkmənistan qardaşlıq, dostluq əlaqələri son zamanlar yeni keyfiyyət mərhələsinə yüksəlib. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdıraraq regiondakı mövqelərini daha da gücləndirib. Azərbaycanla qardaş Türkmənistan arasında 2017-ci ildə strateji tərəfdaşlıq haqqında imzalanan Bəyannamə iki dövlətin gələcək birgə fəaliyyətinin, demək olar ki, bütün istiqamətlərini müəyyən etdi. Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu həm iki ölkənin əlaqələrində, həm onların həyata keçirdiyi enerji siyasətlərində, həm də Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatında yeni mərhələnin başlanğıcı oldu. İqtisadi əməkdaşlığın inkişaf dinamikasının statistikasına nəzər salsaq görərik ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb. Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi də 5 dəfə artıb. Səfər çərçivəsində imzalanmış “Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”, “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”, “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”, “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” və “Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum” əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradacaq.
Ramil Orucov onu da vurğulayıb ki, öz layihələri ilə türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayan Azərbaycan iqtisadi məsələlərdə türkdilli dövlətlərlə əməkdaşlığa, onların beynəlxalq layihələrə cəlb olunmasına mühüm diqqət yetirir.
Artıq türk dövlətləri ölkəmizin təşəbbüsü ilə inşa edilən, Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edirlər. Bir sözlə, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələri dolayısı ilə türkdilli dövlətləri birləşdirir, Qazaxıstan və Türkmənistanın ixrac imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin bəhrəsini görür.
Bu gün Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasında isə artıq ilk rezidentlər yerləşir. Eyni zamanda Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə olunmuş zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”. Sözsüz ki, torpaqlarımızın düşmən əsarətindən azad olunması türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək –deyə YAP Gəncə şəhərinin sədri Ramil Orucov qeyd edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

