Qazaxda ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
12.12.2022 [13:25]
12 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir Müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının memarı Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular, bununla da Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirdilər.
Sonra YAP Qazax rayon təşkilatının iclas zalında ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ulu Öndərin öz səsilə illər öncə söylədiyi müdrik fikirlər səsləndirildi.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı uğurlu daxili və xarici siyasətdən geniş danışdı.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev məruzə ilə çıxış edərək ulu öndərimiz Heydər Əliyevin zəngin fəaliyyətindən, Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizin qazandığı qələbələrdən və uğurlardan ətraflı bəhs etdi.
Anım gününə həsr olunmuş tədbirdə YAP Qazax rayon təşkilatının veteranları və fəallarından Məmməd Yusifov, Bəsti Ələkbərova, Polad Ağakişiyev, Fəridə Xuduyeva, şairə Afət Eyyubova, şair Cavanşir Rüstəm, şair Kazım Kazımlı çıxış etdilər, natiqlər Ulu Öndər Heydər Əliyevə həsr etdikləri şeirlərini söylədilər. Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdi Salatın Pirməmmədova Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeiri səsləndirdi.
Anım gününə həsr olunmuş tədbirini YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev yekunlaşdırdı.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

