Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir
23.11.2022 [12:13]
Məlumdur ki, hər bir ölkənin təhlükəsizliyi və inkişaf göstəricilərini həm də, qonşuları ilə münasibətləri müəyyən edir. Hansı ölkə ki, qonşularla siyasi konfliktlər yaşamır, isti əlaqələrə malikdir və əməkdaşlıq edir, həmin ölkə təhlükəsizliyi, davamlı inkişafı üçün əlavə avantaj qazanmış olur. Bu cür əlaqələr regionun da taleyinə təsir edir. Azərbaycanın xarici siyasətində bu prinsip aydın ifadə olunur. Bizim qonşu dövlətlərlə əməkdaşlıq əlaqələrimizin möhkəmləndirilməsi və şaxələndirilməsi göz qabağındadır. Artıq, qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanan Azərbaycan regionun lokomotivi olaraq yüksək reputasiyaya sahibdir. Rəsmi Bakı, təbii ki, işğalçı Ermənistan istisna olmaqla, yerləşdiyi regionun bütün ölkələri ilə müxtəlif platformalarda iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Bütün bunlara baxmayaraq, son vaxtlar rəsmi Tehran Bakını İsraillə əməkdaşlıqda ittiham edir. Şübhəsiz ki, rəsmi Bakı ABŞ və İsraillə açıq strateji tərəfdaşlığını bir qədər tarazlaşdırıb, İranla normal mehriban qonşuluq münasibətlərini düşünüb. Tehran isə, Bakının bu jestini heç vaxt dəyərləndirməyib. Rəsmi Tehranın guya Azərbaycanda sionistlərin və terrorçuların olması, bunun İranın maraqlarına cavab verməməsi, İslam dövləti üçün təhlükə yaratması ilə bağlı iddiaları əsassızdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra zaman-zaman, elə, 2010-cu illərdə İran ardıcıl şəkildə Azərbaycana qarşı İsraillə əməkdaşlıq ittihamları irəli sürür və hədələr yağdırırdı, lakin Tehran bu günə qədər bircə fakt belə aşkarlamayıb. Bakının isə, İranı ittiham etməyə əsası kifayət qədərdir. İran Azərbaycan ərazilərini işğal edən bir ölkə ilə ən sıx münasibətlər qurur. İranı Ermənistanla birləşdirən avtomobil və dəmir yolunun tikintisinə xüsusi əhəmiyyət verən Tehran Fars körfəzindən Qara dənizə, oradan isə, Bolqarıstana çıxmaq imkanı əldə etmək istəyib, lakin bundan istifadə edərək, İrəvanı işğala son verməyə səsləməyib.
Bu gün, Bakını əsassız olaraq ittiham edən Tehran unudur ki, İran-Azərbaycan regional əməkdaşlığı İran-Ermənistan əməkdaşlığından xeyli dərəcədə cəlbedicidir. Azərbaycan kimi regional gücü Ermənistan kimi cırtdan ölkəyə qurban vermək praqmatik maraqlara da cavab vermir. Öz maraqları naminə Tehran Azərbaycanla əməkdaşlığı genişləndirməyə məhkumdur. Tehran artıq, uzun illərdir görür ki, Azərbaycan dostları ilə hər zaman dost kimi davranır, kiminsə təhdidi ilə ondan üz döndərmir. Bu illər ərzində Azərbaycan İsraillə münasibətlərində mənfiyə doğru heç bir dəyişiklik etməyib, əksinə, ikitərəfli əlaqələr daha da möhkəmlənib, Azərbaycan İsrailin enerji təchizatında aparıcı ölkəyə çevrilib, eyni zamanda, İsrail silahlarını ən çox alan ölkələrdən biri məhz, Azərbaycandır.
44 günlük Vətən müharibəsi bir daha sübuta yetirdi ki, heç kəs Bakı ilə şantaj dilində danışa bilməz. Bu baxımdan, nə qədər gec deyil, İran da normal qonşuluq münasibətlərinə qayıtmalıdır...
Müşfiq Səfərov, Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

