Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Zəfər Günü münasibətilə şəhid və qazi ailələrinin iştirakı ilə ekskursiya təşkil edilib

Zəfər Günü münasibətilə şəhid və qazi ailələrinin iştirakı ilə ekskursiya təşkil edilib

08.11.2022 [09:53]

YAP Nərimanov rayon təşkilatı 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid və qazi ailələrinin iştirakı ilə ekskursiya təşkil edib

05 noyabr tarixdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailə üzvləri, xüsusilə, övladlarının iştirakı ilə Azərbaycan Milli Xalça muzeyinə ekskursiya təşkil edilib.

Ekskursiya 8 Noyabr – Zəfər Günü  ərəfəsində xalqımızın zəngin mənəvi dünyası, yüksək milli-mənəvi, mədəni dəyərləri barədə şəhid və qazi övladlarında dolğun bilik və dünyagörüşü yaratmaq məqsədinə xidmət edib. Tədbir çərçivəsində ziyarətçilər muzeydə Azərbaycanın ayrı-ayrı bölgələrində mövcud olmuş klassik xalça məktəblərinə məxsus olan nümunələrlə, eləcə də xalça hazırlamaq üçün istifadə edilən zəruri xammal və ləvazimatlarla tanış olublar.

Tədbirdə xalçaçılığın milli mədəniyyətimizin mühüm bir hissəsi olduğu, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ardıcıl səyləri nəticəsində Azərbaycan xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edildiyi bildirilib.

İştirakçılara xalçalardakı kompozisiya və ornamentlər, onların rəmzi mənaları barədə  maraqlı və geniş məlumatlar verilib.  Xalçalarda əks olunan  sujet və naxışlarla bağlı ziyarətçilərin sualları cavablandırılıb, xalçaların toxunma qaydası barədə məlumatlar verilib. Onlar xalça toxunuşu prosesini əyani şəkildə izləyib, muzey əməkdaşlarının köməyi ilə ilmələrin vurulması qaydasını öyrəniblər. Həmçinin, şəhid və qazi övladları Azərbaycan Milli Xalça Muzeyi tərəfindən Zəfər Günü münasibətilə keçirilən festivalda iştirak edərək, müxtəlif oyun, tamaşa və master-klasslara qatılıblar.

Tədbirin ərsəyə gəlməsində göstərilən dəstəyə və şəhid və qazi ailələrinə qarşı xüsusi diqqətə görə Azərbaycan Xalça Muzeyinin rəhbərliyinə və kollektivinə təşəkkür edirik.

Paylaş:
Baxılıb: 595 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31