Qarabağ münaqişəsi artıq tarixdə qalıb
03.11.2022 [11:56]
2020- ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərə imza atdı. 44 günlük müharibədə Silahlı Qüvvələrimiz 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin və bir sıra strateji yüksəkliklərin azad olunmasından sonra işğalçı Ermənistan müharibəni davam etdirmək iqtidarında olmadığını anlayaraq onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da imzalana 3 tərəfli Bəyanata əsasən məğlub tərəf kimi üzərinə bir sıra öhdəliklər götürən düşmən sonradan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Onu da qeyd edək ki, ölkəmizin Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yeni reallıqlar yaranıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi artıq yeni dövr başlayıb - quruculuq dövrü, postmünaqişə dövrü. Biz hesab edirik ki, münaqişə həll olunub, biz ərazi bütövlüyümüzü bərpa etmişik. Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur”.
Uzun illər davam edən və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Ərazi bütövlüyü məsələsində prinsipiallıq göstərən Azərbaycan aparılan sülh danışıqlarında daim konstruktivlik göstərməklə paralel şəkildə özünün iqtisadi gücünü artırdı, maliyyə imkanlarını genişləndirdi və müasir, güclü ordu yaratmağa nail oldu. Vətən müharibəsində şanlı Qələbəmiz də məhz Silahlı Qüvvələrimizin rəşadəti, xalqımızın həmrəyliyi və yenilməz ruhu sayəsində əldə olundu. Düşmən onilliklər ərzində öz nəzarəti altında saxladığı ərazilərimizdə böyük həcmlərdə maliyyə vəsaiti yönəltməklə istehkamlar qurmuşdu və elə hesab edirdi ki, Azərbaycan Ordusu bu sədləri heç vaxt keçə bilməz. Ancaq rəşadətli Azərbaycan əsgər və zabitləri yüksək peşəkarlıq, Vətənə sonsuz məhəbbət nümayiş etdirərək işğalçı Ermənistanın silahlı birləşmələrini darmadağın etdi. Ölkəmiz tarixi ədaləti, beynəlxalq hüququ və ərazi bütövlüyünü öz gücü ilə təmin etdi.
Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra düşmənlə diplomatik müstəvidə aparılan savaş da ölkəmizin tam üstünlüyü ilə davam etdirilir. Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla qoruyub saxlayır. Oktyabrın 31-də Soçidə keçirilən görüş də bunu bir daha təsdiqlədi. Prezident İlham Əliyev əvvəllər olduğu kimi, Soçi görüşündə də Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi. Soçi görüşü Ermənistanın kapitulyasiyasının növbəti təzahürü oldu, Azərbaycanın sülh, əməkdaşlıq çağırışlarına hərbi təxribatlarla cavab vermək siyasətinin üstündən xətt çəkdi.
Soçidə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün nəticələri respublikamızın növbəti siyasi-diplomatik uğuru oldu. Belə ki, budəfəki Soçi görüşü və yekunda imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir. Bu görüş bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra yaratdığı reallıqların məzmununa uyğun olaraq ölkəmizin milli mənafelərinin reallaşmasının bütün siyasi müstəvilərdə və müzakirələrdə təmin edir. Artıq bütün siyasi platformalarda Qarabağ münaqişəsinin başa çatdığı qəbul edilir.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

