Qazaxda 8 noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir
02.11.2022 [15:35]
2 noyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkiatında Vətən müharibəsində Qələbənin ikinci ildönümü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirildi.
Qazax rayon Mədəniyyət evində keçirilən tədbirdə Ulu Öndərimiz, Dahi Rəhbərimiz Heydər Əliyevin , həmçinin ərazi bütövlüyümüzün təmin olunmasında, torpaqlarımızın işğaldan azad edilməsində canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev 2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin Şanlı Zəfərlə başa çatmasından, rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad etməsindən, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulmasından, insanlarımızın doğma Qarabağımıza yenidən qovuşmasından ətraflı danışdı. Rayon təşkilatının sədri “Dəmir yumruq”, “Qisas”, “Qətiyyətli cavab” əməliyyatlarından da geniş bəhs etdi. A.Nəbiyev öz çıxışında üçrəngli bayrağımızın yenidən işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan Şuşada dalğalanmasını xüsusi vurğulayaraq, Qələbənin əldə olunmasında öz qəhrəmanlıqları, igidlikləri ilə əbədi olaraq yaddaşlara həkk olunmuş şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza can sağlığı dilədi. Sonda A.Nəbiyev tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı Mədəniyyət şöbəsi ərazi partiya təşkiatının sədri Ramil Qurbanov, Mədəniyyət İşçiləri Həmkarlat İttifaqı Qazax rayon Komtəsinin sədri İsgəndər Qurbanov, Vətən müharibəsi qazisi Fərid Sanılı, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İsgəndərov, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alışanova, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Mərkəzləşdirilmiş Kitabxana Sistemi direktorunun vəzifəsini müvəqqəti icra edən Fəridə Xuduyeva çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, ordumuzun göstərdiyi qəhrəmanlıqlardan, xalq - ordu birliyidən, lider-xalq həmrəyliyindən, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı danışdılar. Natiqlər Vətən müharibəsində Qələbənin ikinci ildönümü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırdılar.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

