Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Pirallahıda şəhid baş leytenant Vüsal Babayevin xatirəsi anılıb

Pirallahıda şəhid baş leytenant Vüsal Babayevin xatirəsi anılıb

27.10.2022 [14:55]

25 oktyabr 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı RİH başçısı Aparatının məsul əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri və ailə üzvləri tərəfindən şəhidin İkinci Fəxri Xiyabanda yerləşən məzarı ziyarət olunaraq, üzərinə gül dəstələri düzülmüş, dualar oxunmuşdur.

Tədbirin rəsmi hissəsi Pirallahı rayon Gənclər Mərkəzində keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev,  Qayğıya Ehtiyacı və Əlilliyi olan şəxslərə Dəstək İctimai Birliyinin sədri Yasəmən Qəyyumlu, İctimai Şuranın üzvləri, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların nümayəndələri, şəhidin döyüş yoldaşları və ailə üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak etmişlər.

Tədbirin keçirildiyi akt zalında Şəhid Vüsal Babayevin şəkilləri, portretləri, medalları, şəxsi əşyaları və şəhidə həsr olunmuş kitab və çap məhsullarından ibarət sərgi təşkil olunmuşdur. Tədbir dövlət himninin səsləndirilməsi, Ümummili lider Heydər Əliyevin və şəhidlərimizin müqəddəs ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və digər qonaqlar çıxış edərək, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışmış, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi qətiyyətli mövqenin otuz illik münaqişənin həllində, o cümlədən ərazi bütövlüyümüzün bərpa olunmasında həlledici rol oynadığını qeyd etmişlər. Daha sonra torpaqlarımızın azadlığı uğrunda döyüşən oğullarımızın böyük qəhrəmanlıq göstərdiyini qeyd edərək, bu yolda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirmişlər.

 Şəhid baş leytenant V.Babayevin  həyat yoldaşı Aynur Babayeva çıxış edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdi. V.Babayevin vətəni düşməndən qoruyaraq ona layiqli oğul olduğunu vurğulayan şəhid xanımı bütün şəhidlərimizin xatirəsinin dövlətimiz və millətimiz tərəfindən daima yüksək tutularaq ehtiramla anıldığını qeyd etdi.

 Tədbirin sonunda məktəblilərin ifasında vətənə və şəhidlərə həsr olunmuş şerlər səsləndirildi.

   

Paylaş:
Baxılıb: 508 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31