Şəhid və qazi ailələri ilə görüş keçirilib
29.08.2022 [10:22]
Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə, yeni dərs ilinin başlanması ərəfəsində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarına zəruri məktəbli ləvazimatları təqdim edilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, rayon ictimaiyyətinin nümayəndələri, şəhid, qazi ailələri və övladları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı Azər Qocayev şəhidlərimizin şərəfli döyüş yolundan söz açıb, onların qəhrəmanlığından bəhs edib.Eyni zamanda qazilərimizin 44 günlük Vətən müharibəsinə göstərdiyi, fədakarlıqdan, rəşadətdən söz açaraq bildirdi ki, onlar öz şəhid qardaşlarının və öz qanlarının qisasını düşməndən layiqincə alıblar. RİH başçısı onuda qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirmiş, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirilmiş və tarixi zəfər qazanılmışdır. Eyni zamanda bildirilib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş etdiribdir. Məhz bunun nəticəsidir ki, Respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır.Neçə ki, Azərbaycan var, üç rəngli şanlı bayrağımız səmalarda dalğalanır , şəhidlərimizdə hər zaman var olacaqdır və daima xatırlanacaqdır.Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhidlərimizin əziz xatirəsini daima uca tutaraq, şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərir, onlara yüksək həssaslıqla yanaşırlar.Bu gün keçirilən tədbirdə bu qayğının, diqqətin davamıdır.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə hərb tarixinin yeni və şanlı salnaməsini yazdığını bildirdi. O, rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olunduğunu, haqq, ədalətin yerini tapdığını vurğulayıb. Vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb.Eyni zamanda vurğulayıb ki şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.
Yekunda Şəhid ailələri və qazilərin məktəbli övladlarına, məktəbli çantası və zəruri dərs ləvazimatları hədiyyə olunub, yeni tədris ilində onlara dərslərində uğurlar arzulanılıb.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqətə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxAnalitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10

