İslahat yolu
03.08.2022 [11:21]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
İyulun 25-də Prezident İlham Əliyevin Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi görüş mühüm əhəmiyyəti və dövlət məmurlarına ciddi mesajları ilə yadda qaldı.
Son illərdə ölkəmizdə iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır və bu islahatlar insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində bütün rayonlarda geniş abadlıq-quruculuq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib və eyni zamanda uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxıb. Bütün bunlar bir daha onu göstərir ki, aparılan islahatların əsas məqsədi dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir.
Prezident görüşdə bölgələrdə yeni iş yerlərinin yaradılması məsələsinə toxunaraq, bu məsələnin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi. Hazırda ölkəmizdə işsizliklə bağlı mübarizədə də ciddi addımlar atılır, həmçinin, ödənişli sosial işlərin yaradılması da geniş vüsət alıb. Hər rayon üzrə kvotanın olmasına baxmayaraq, bəzi rayonlarda bu işlərə cəlb ediləcək insanlar işlərə cəlb olunmamış, əksinə, onlara çatacaq vəsait məsul şəxslər tərəfindən mənimsənilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan idarəetmə sahəsindəki çox ciddi islahatlar ölkəmizin bütün sahələrdəki inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə atılan bütün addımlar zamanı hər zaman birinci, xalqın və dövlətin maraqları, milli mənafelər nəzərə alınır. Ölkə başçısının qeyd etdiyi kimi, hər bir məmur xalqının xidmətçisi olmalı, vəzifə borclarını layiqincə yerinə yetirməli, daim insanlarla təmasda olmalı və öz davranışı ilə insanların hörmətini qazanmalıdır. Dövlətin idarəçiliyində iştirak edən hər kəs, öz işinə, vəzifəsinə məsuliyyətlə yanaşaraq xalqa, dövlətə qarşı sədaqətli olmalıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən ölkəmizdə vəzifə borcunu yerinə yetirməyən, qanunsuz işlərlə məşğul olmaq istəyən hər bir məmur bilməlidir ki, onlar bu əməlləri ilə layiqli şəkildə cəzalandırılacaqlar.
Bu gün ölkəmiz sürətli inkişaf və tərəqqi dövrünü yaşayır. Sağlam cəmiyyət inkişaf etmiş ölkənin, qüdrətli dövlətin göstəricisidir. Ölkəmizdə sağlam cəmiyyət qurulması istiqamətində bir çox işlər görülərək müvəffəqiyyətlər qazanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın rifah halının yaxşılaşmasına istiqamətləndirilən siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir. Hər bir Azərbaycan vətəndaşı ölkədə gedən prosesləri, dövlətimizin xarici, daxili siyasətini bəyənir və dəstəkləyir. Dövlətimiz tərəfindən aparılan uğurlu siyasəti nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad etdi, tarixi ədaləti bərpa etdi, milli qüruru bərpa etdi. Hər bir Azərbaycan vətəndaşı bizə bu tarixi Qələbənin sevincini yaşadan şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcludur.
Azərbaycan dövləti istər İkinci Qarabağ müharibəsindən əvvəl və istərsə də İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Ölkə başçısının şəhid ailələri, müharibə əlilləri ilə keçirdiyi çoxsaylı görüşlər, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillərin, fərdi evlərin, minlərlə minik maşınlarının verilməsi, eyni zamanda, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilməsi dövlətimiz tərəfindən bu kateqoriyadan olan insanlara göstərilən yüksək diqqət və qayğının təzahürüdür.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

