Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir
25.07.2022 [10:38]
Azərbaycan hər zaman Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olmuşdur. Bu gün isə Avropa İttifaqı gedən geosiyasi proseslərinin fonunda Azərbaycanın Avropa İttifaqı üçün ən etibarlı və faydalı tərəfdaş olduğunun bir daha şahid olururq. Azərbaycan 2009-cu ildən Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Lakin, AB ilə ikitərəfli əməkdaşlıq xətti hər daim prioritet olaraq qalacaqdır. Belə ki, Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları sırasında Aİ 2-ci yerdə dayanır. Lakin, bu münasibətlər zaman-zaman xüsusilə də, Vətən müharibəsi zamanı erməni lobbisinin təsiri ilə bir qədər gərilmiş və zəifləmişdi. Ancaq dünyada baş verən geosiyasi hadisələr xüsusilə Ukraynada gedən müharibə Avropa Birliyi üçün Rusiyadan xammal karbo-hidrogen idxalını xüsusilə, qaz idxalını 2/3 azaltmaq qərarına gəldi. Bu baxımdan, Azərbaycan etibarlı və strateji tərəfdaş kimi önə çıxdı.
Bu ilin iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen geniş tərkibdə Azərbaycan Respublikasına səfərə gəldi. Qeyd etmək lazımdır ki, eyni məqsədlə, Almaniya Prezidenti Şoltz Seneqala, İtaliya rəsmiləri isə bu yaxınlarda Əlcəzair, Anqola və Konqo Respublikası ilə qaz müqavilələri bağlayıb. Lakin, Avropa Komissiyasının Prezidenti səviyyəsində səfər Azərbaycanın Avropa İttifaqının önəmini artırır. Azərbaycan ilə Avropa İttifaqı arasında imzlanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ilə 2027-ci ilə qədər nəzərdə tutulan 11 milyard kub metrdən 20 milyard kub metrə çatdırılmasını planlaşdırır. Təbii bütün bu tendensiyaları öngörən və hesablayan Prezident İlham Əliyev 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri ilə hazırda Cənubi və Cənub Şərqi Avropanın qaz tələbatını ödəyir. Lakin, ixrac potensialını artırmaq üçün Cənub Qaz Dəhlizinə müəyyən yenilənmə və investiya qoyuluş lazımdır. Bundan əlavə alternativ enerji layihələrinə maraq göstərən Avropa Birliyi Azərbaycan bu baxımdan potensialını yüksək qiymətləndirir və bu istiqamətdə də investisiya qoyuluşunu planlaşdırır. Bu həqiqətən də Azərbaycan üçün böyük naliyyətdir. Azərbaycan etibarlı tərəfdaş kimi Avropa İttifaqının çətin zamanlarıda belə öz dəstəyini əsirgəməməkdədir. Lakin, bütün bu baş verənlərin fonunda Ermənistanı, dünya erməniliyini və xüsusilə, erməni lobbisini Avropa İttifaqı və Azərbaycan yaxınlaşması ciddi narahat etməkdədir. Onlar Qarabağ məsələsində ümumilikdə, regionda Azərbaycanın mövqeyinin güclənməsini özlərinə ciddi təhlükə hesab edirlər. Bu səbəbdən, hər vəchlə yüksək səviyyəli görüşün gündəliyinə iqtisadi və ticari gündəliklə heç bir bağlılığı olmayan “demokratiya”, “insan haqları” və “regional sabitlik” kimi məsələləri daxil etmək istəyirdilər. Lakin, bütün bu səylərə baxmayaraq xanım Prezident Anlaşma Memorandumunda mahiyyəti üzrə müzakirələr aparmış və effektiv nəticə əldə edilmişdir. Və imzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsi olmuş və böyük uğurlu əməkdaşlığa vəsilə olmuşdur. Möhtərəm cənab Prezidentin diqqət çəkdiyi digər məsələ isə tranzit şəbəkələrin qurulması ilə əlaqədar idi. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, hava, dəniz və quru yük daşımalarında Azərbaycan Şərq və Qərb arasında mühüm strateji liman ola biləcəyi vurğulandı. Son olaraqda toxunulan digər mühüm məsələ Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanması idi. Təbii ki, yeni sazişlə Azərbaycan və Avropa İttifaqı arasında xüsusilə, xalqların rifahı baxımından çox önəmli bir saziş olması gözlənilir.
Sonda onu qeyd etmək lazımdır, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü və uzun müddətli nəticəyə hesablanmış siyasətin bəhrəsini bu gün hər bir Azərbaycanlı öz həyatında hiss edir və bundan sonra da hiss edəcəkdir.
Abbas Pənahov,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

