Davamlı islahatlar nəticəsində Azərbaycanın milli gücü artır
19.07.2022 [10:50]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə qeyd olunan məqamlar bir daha təsdiq etdi ki, əvvəlki illərdə olduğu kimi, uğurlu inkişaf bu ilin 6 ayı ərzində də davam edib və bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələr icra edilir.
Davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Bu da iqtisadiyyatımızın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlərin effektli nəticəsidir.
Prezident İlham Əliyev müşavirədə Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması məsələsinə də toxundu. Azərbaycanın regionda vəziyyətin normallaşması istiqamətində lazımi addımları atmasına baxmayaraq, Vətən müharibəsindən 1 il 8 ay ötsə də, Ermənistan hələ də üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib. Bizim bu mövqeyimiz, eyni zamanda, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İran tərəfindən dəstəklənib və sülh danışıqlarının başlanması üçün əsas yaradılıb.
Bu gün Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırır və öhdəliklərini yerinə yetirmir. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Azərbaycan qalib ölkə kimi öz ərazi bütövlüyünü bərpa edib. Bunun üçün qalib ölkənin - Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək lazımdır. Azərbaycan 10 noyabr Bəyanatının bütün müddəalarını icra edirsə, Ermənistan da bu məsələyə eyni cür yanaşmalıdır.
Azərbaycan Ordusunun müasirləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Bu ilin altı ayı ərzində hərbi sahədə, eləcə də hərbi təhsildə ciddi islahatlar aparılıb. Yeni silahlı birləşmələr yaradılıb, yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır. Tez bir zamanda işğaldan azad edilmiş Hadrutda və Kəlbəcərdə komando qüvvələrinin hərbi hissələrə yaradılması onu göstərir ki, Azərbaycanda 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesi sürətlə gedir.
Qalib ölkə kimi bu gün şərtləri diktə edən tərəf Azərbaycandır. Ermənilərin nə deməsindən asılı olmayaraq, biz qarşımıza qoyduğumuz məqsədə doğru qətiyyətlə irəliləyirik. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarda möhtəşəm abadlıq-quruculuq və yenidənqurma işləri sürətlə davam edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin maliyyə imkanları hesabına vətəndaşlarımızın rahat, firavan yaşaması üçün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycan postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə yetirir. Artıq hər birimiz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işləri çərçivəsində böyük və əhəmiyyətli layihələri həyata keçirdiyinin şahidi oluruq. Müasir standartlara cavab verən yollar çəkilir, beynəlxalq hava limanları tikilir.
Azərbaycan Cənubi Qafqaz regionunda inkişafa, sülhün və əmin-amanlığın yaradılmasına daim səy göstərir. Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. Hadisələrin sonrakı inkişafına görə bütün məsuliyyət məhz Ermənistanın üzərinə düşəcəkdir. Bu, Ermənistana sonuncu ciddi xəbərdarlıq kimi də qiymətləndirilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

