/ / Möhkəm sabitlik, dayanıqlı sülh, beynəlxalq təhlükəsizlik, etibarlı tərəfdaşlıq – bunlar Azərbaycanın mövqeyidir
Möhkəm sabitlik, dayanıqlı sülh, beynəlxalq təhlükəsizlik, etibarlı tərəfdaşlıq – bunlar Azərbaycanın mövqeyidir
20.06.2022 [11:12]
Artıq Müstəqil Respublikamızın paytaxtı qədim Bakı, mədəniyyət paytaxtı olan Şuşamız, eləcə də digər bölgələrimiz çoxsaylı beynəlxalq, mötəbər, mühüm tədbirlərin keçirildiyi məkana çevrilib. Keçirilən tədbirlərin gündəliyində qloballaşan dünyada mövcud vacib problemlərin təhlilinin, həlli istiqamətlərinin yer alması, yüksək səviyyəli təşkilatçılıq, xalqımıza xas olan qonaqpərvərlik və s. dünyanın müxtəlif ölkələrindən bu tədbirlərə qatılan iştirakçıların ilbəil marağının artmasına və sayının çoxalmasına səbəb olur. Azərbaycan bütün tədbirlərə layiqli, yetərincə evsahibliyi edir.
Belə silsilə tədbirlər çərçivəsində iyun ayının 16-da Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirildi. Forumda qloballaşan dünyada cərəyan edən ən vacib məsələlərlə bağlı açıq və səmimi, yüksək səviyyəli, cəlbedici müzakirələr aparıldı. Hər zaman regionda və dünyada sülhə, əminamanlığa, təhlükəsizliyə böyük töhfələr verən cənab İlham Əliyev öz dərin, məzmunlu çıxışında bəşəriyyəti narahat edən bu kimi məsələlərə toxundu və təhlükəsizlik məsələlərinin beynəlxalq gündəlikdə duran ən əsas məsələlərdən birinə çevrildiyini vurğuladı. Hər bir ölkənin bu vacib məsələyə öz töhfəsini verməsinin vacibliyini ön plana çəkdi.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində müntəzəm olaraq çalışır və Qarabağ münaqişəsinin həllinin regionda təhlükəsizlik və davamlı sülh üçün vacib bir fürsət olduğunu dəfələrlə bəyan edib.
44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. Azərbaycan hər zaman olduğu kimi tarixi Zəfərdən sonra da dayanaqlı sülhün əldə olunması üzərində səylə çalışır. 30 ilə yaxın müddətdə ədalətsiz qarşıdurmadan sonra ədaləti özü bərqərar edən, təcavüzkarı və onun havadarlarını məğlub edən qalib bir ölkənin məğlub ölkəyə sülh təklif etməsi də dünyada nadir hadisələrdəndir. Tarixi boyu sülhsevər, tolerant bir xalq olan Azərbaycan bu gün Cənubi Qafqazda sabit, dayanıqlı inkişafa, sülhə, əminamanlığa nail olmaq arzusundadır. Bunun üçün də Azərbaycan tərəfindən vacib, lazımi addımlar atılıb, artıq sülh razılaşması ilə bağlı sərhədlərin delimitasiyası üzrə komissiya yaradılıb və eyni addımların Ermənistan tərəfindən də atılmasını gözləyir.
Cənab Prezident öz çıxışı zamanı Zəngəzur dəhlizinin, eyni zamanda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın 2020-ci il 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın müddəalarına qeyri – şərtsiz əməl etməli olduğunu bildirdi və xeyli vaxt keçməsinə baxmayaraq indiyədək heç bir nəticə əldə olunmadığını təəssüflə vurğuladı.
Təbii ki, Üçtərəfli Bəyanatın tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməməsi, Zəngəzur dəhlizinin açılmasının məqsədyönlü şəkildə gecikdirilməsi məhz, Ermənistanın özünün əlehinə işləyən bir amildir və bu heç də ermənilərə xoşbəxtlik gətirməyəcəkdir. Dünya içtimaiyyətinin gözündə işğalçı və təcavüzkar kimi tanınan Ermənistanın Üçtərəfli Bəyanatın şərtlərinə əməl etməməsi sonda onlara çox baha başa gələcəkdir.
Forumda Dövlət Başçımız ATƏT – in Minsk qrupunun fəaliyyəti ilə bağlı məsələyə də öz qəti münasibətini bildirdi. Qeyd etdi ki, 1992-ci ildən təsis edilən bu təşkilat fəaliyyəti dövründə münaqişənin həlli istiqamətində heç bir iş görməmişdir. Azərbaycan Qarabağ münaqişəsini özü həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmamışdır. Xüsusilə Rusya – Ukrayna müharibəsindən sonra aydın oldu ki, Minsk qrupunun üç həmsədr ölkəsi bir araya gələ bilməz. Minsk qrupu artıq öz funksiyasını itirib və bunu yenidən düzətmək cəhdləri səmərəsizdir. Minsk qrupuna əlvida deməyin vaxtı çatmışdır. Bu qrup tərəfindən hazırlanmış və Madrid prinsipləri adlandırılan məsələni Azərbaycan 44 gün ərzində özü həll etdi. Əgər Ermənistan ağlını başına yığıb xoş məramla çalışsa, sülh sazişi imzalamaq mümkün olacaq.
Ermənistan İkinci Qarabağ müharibəsinin dərsini unutmamalıdır. Həmin dərsi yaxşı öyrənməli və Azərbaycana qarşı hər hansı ərazi iddialarından çəkinməlidir. Əgər Ermənistan məsuliyyətsizlik edib öz məkrli xislətini davam etdirsə, sülh sazişindən yayınmaq istəsə, yeni xam xəyallara düşsə bu dəfə ölkələrinin mövcudluğunun sonu olacaqdır.
Bununla da uğurla başa çatan IX Qlobal Bakı Forumu Azərbaycanın bütün region dövlətləri üçün faydalı, səmərəli olan sabitliyə, dayanıqlı sülhə, beynəlxalq təhlükəsizliyə xidmət edən mövqeyini ortaya qoydu və bir daha Azərbaycanın sülhsevər, tolerant bir ölkə kimi səmərəli əməkdaş, etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37

