Qazaxda 15 iyun - Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub
13.06.2022 [16:23]
13 iyun 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı 15 iyun - Milli Qurtuluş Günü münasibətilə geniş bayram tədbiri keçirdi. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etdilər.
YAP Qazax rayon təşkilatının iclas zalında keçirilən tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının sədri Anar Nəbiyev tədbir iştirakçılarını salamlayaraq, tədbirin məqsəd və məramı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, bugünkü tədbirimizdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi həmsədrinin müavini Ülviyyə Ağayeva, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonumuzun tanınmış ziyalıları, rayon təşkilatının fəalları, ərazi partiya təşkilatının sədrləri və Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş bir qrup gənc iştirak edir.
Tədbirdə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, şəhid Məmmədov Səbuhi Hümbət oğlunun anası Cəvahir Bənnayeva, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Çobanov, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi ərazi partiya təşkilatının sədri Vüsal Hüseynov çıxış etdilər. Natiqlər 1993-cü ilin iyun ayında ölkəmizdə cərəyan edən hadisələrdən, , dünya şöhrətli siyasətçi ümummilli liderimiz Heydər Əliyevin böyük xilaskarlıq missyasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tarixi xidmətlərindən, müstəqil Azərbaycanın mövcud reallıqlarından ətraflı danışdılar.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş gənc partiya üzvlərinə təntənəli şəkildə partiya üzvlük vəsiqələri təqdim olundu.
Tədbirin sonunda Qazax Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Milli Qurtuluş Gününə həsr olunmuş şeirlər söylədilər, YAP sıralarına yeni qəbul olunmuş gənclər Milli Məclisin üzvlərilə birlikdə xatirə şəkli çəkdirdilər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25

