Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında mühüm rola malikdir

Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında mühüm rola malikdir

24.10.2010 [11:27]

YAP-ın 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədi Eldar İbrahimov seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) 2010-cu il parlament seçkilərində irəli sürdüyü namizədlərin seçicilərlə görüşləri davam edir. Bu silsilədən növbəti görüş Naxçıvan Muxtar Respublikasında keçirilib. YAP-ın 4 saylı Naxçıvan şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Eldar İbrahimov seçicilərlə görüşüb. Naxçıvan şəhərində keçirilən görüşdə çıxış edən partiyanın səlahiyyətli nümayəndələri bildiriblər ki, son illərdə Azərbaycanda gedən abadlıq-quruculuq işlərindən Naxçıvan MR-ə də pay düşüb. Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar siyasət nəticəsində Muxtar Respublikanın uzun illərdir ki, blokada vəziyyətində yaşamasına baxmayaraq, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi-siyasi kurs bütünlüklə ölkəmizdə olduğu kimi, Naxçıvanda da yüksək inkişaf səviyyəsinin əldə edilməsinə imkan verib. Qeyd olunub ki, Naxçıvan MR hər zaman siyasi aktivliyi ilə seçilib və dövlətçiliyin inkişafında xüsusi yerə malik olub. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı məhz Naxçıvanda keçirilib. Bunun nəticəsidir ki, Naxçıvan vətəndaşları bu partiyanı özlərinə daha doğma sayır. Vurğulanıb ki, müstəqil Azərbaycanın xilası məhz Naxçıvandan başlayıb. YAP-ın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin o zaman Naxçıvana gəlişi blokada şəraitində ağır günlər yaşayan Muxtar Respublikanın qurtuluşuna yol açıb.
Daha sonra çıxış edən Naxçıvan şəhər Veteranlar Şurasının sədri Əbülfəz Əsgərov YAP-ın ölkəmizin inkişafındakı yerindən bəhs edib. Bütün seçkilərdə birmənalı olaraq YAP-ın namizədlərinin dəstəkləndiyini xüsusi vurğulayan natiq bunun həmin şəxslərin yüksək bacarıqlı və öz vəzifələrinə məsuliyyətlə yanaşan insanlar olmasından irəli gəldiyini deyib: “Bu gün görüşünə gəldiyimiz Eldar İbrahimov da belə insanlardandır. Eldar müəllimi seçicilərinə təfsilatı ilə anlatmağa ehtiyac yoxdur. çünki Naxçıvan vətəndaşları Eldar İbrahimovu təkcə millət vəkili olduğu 15 ildə deyil, ondan öncə də tanıyırdılar, ona hörmət bəsləyirdilər. ümumiyyətlə, İbrahimovlar ailəsi hər zaman Naxçıvanda hörmətə layiq insanlar olublar. Eldar müəllim hələ sovet dönəmində Naxçıvanda yüksək vəzifələrdə işləyərkən insanlara qayğı ilə yanaşması, onların problemlərinin həlli istiqamətində bacardığı qədər yardım etməsi ilə seçilirdi. Digər tərəfdən, Eldar İbrahimov Azərbaycanın müstəqilliyinin xilaskarı, Ulu öndər Heydər Əliyev siyasi kursuna hər zaman sədaqəti ilə seçilən şəxsiyyətlərdəndir. 1993-cü ildə ölkəmizin başını “qara buludlar” alarkən Eldar müəllim bir vətənpərvər kimi o zamankı Ali Sovetdə ölkənin xilasının məhz ümummilli liderimiz Heydər Əliyevin Bakıya qayıdışı ilə mümkün olduğunu bildirmişdi. Bütün təzyiqlərə baxmayaraq, Eldar İbrahimov inandığı mübarizəsini sona qədər aparmışdı. Millət vəkili olduğu 15 ildə ölkəmizin ən yüksək strateji sahələrindən sayılan kənd təsərrüfatının inkişafı istiqamətində xüsusi fəaliyyəti ilə seçilib. Milli Məclisin Aqrar siyasət daimi komitəsi Eldar İbrahimovun rəhbərliyi ilə kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm qanunlar qəbul edib. Mən inanıram ki, seçki günü Naxçıvan seçiciləri birmənalı olaraq Yeni Azərbaycan Partiyasının namizədi, hamımızın sevimlisi, həmyerlimiz Eldar İbrahimova səs verəcəklər”.
çıxış edən YAP-ın 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizədi Eldar İbrahimov öncə yenidən millət vəkilliyinə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarına və ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürünü bildirib. Daha sonra E.İbrahimov Naxçıvanın ildən-ilə gözəlləşdiyini və inkişaf etdiyini vurğulayıb: “Naxçıvan bu gün ən inkişaf etmiş regionlarımızdan biridir. ölkə Prezidentinin qəbul etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yüksək səviyyədə icrası bu gün gözəl, müasir, inkişaf etmiş bir Naxçıvanın yaranmasına səbəb olub. Mən Naxçıvana göstərdiyi qayğı və diqqətə görə, hörmətli Prezidentimiz, cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Bununla yanaşı, Naxçıvanda aparılan çoxsaylı işlərə görə, Muxtar Respublika rəhbərliyinə, Ali Məclisin sədri Vasif Talıbova təşəkkür etmək istəyirəm. Yeni Azərbaycan Partiyası seçkilərə “Güclü dövlət, yüksək rifah” şüarı ilə qatılır. Bu isə vətəndaşlarımızın sosial vəziyyətinin yüksəldilməsinə yol açacaq. Bu gün Naxçıvanın elə bir kəndi yoxdur ki, orada qaz, işıq problemi olsun. Bu, çox yüksək nailiyyətdir. Bir müddət öncə cənab Prezidentimz Naxçıvana səfər etdi. ölkə başçısı öz nitqində Naxçıvanın gözəlləşdiyini, inkişaf etdiyini vurğuladı. Mən bir faktı qeyd etmək istəyirəm ki, son beş ildə təkcə Naxçıvan şəhərində 114 yeni infrastruktur yaradılıb, məktəblər, xəstəxanalar, idman kompleksləri tikilib. Bu, çox böyük göstəricidir. Mən əminəm ki, vətəndaşlarımız seçki günü ölkəmizdə gedən inkişafın davamına səs verəcək, YAP-ın namizədlərini dəstəkləyəcək”.
Tədbir seçicilərin çıxışları ilə davam etdirilib. Qeyd edək ki, görüşdə ATƏT-in seçki ilə bağlı müşahidə aparan missiyasının nümayəndələri də iştirak ediblər.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1286 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31