Qalib Azərbaycandan – Kapitulyant Ermənistana növbəti şans!
04.05.2022 [13:22]
Aprel ayının 28-i və 29-u tarixində Şuşada və Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi çox mühüm və əlamətdar bir hadisədir. Konfransda dünyanın 20-dən artıq nüfuzlu beyin mərkəzlərindən olan nümayəndələrin, xarici ekspertlərin iştirakı da konfransın çox mühüm, beynəlxalq əhəmiyyətli, vacib bir tədbir olmasından xəbər verir.
Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edən bu tədbir həm də “Beynəlxalq Şuşa forumu” kimi təqdim olundu. Forumda doğma Qarabağımızın tarixi, 44 günlük Şanlı Vətən Müharibəsinin nəticələri, regional inteqrasiya, təhlükəsizlik və gələcək inkişaf məsələləri ətraflı müzakirə olundu.
Konfrans iştirakçıları bir gün əvvəl Azərbaycan mədəniyyətinin paytaxtı Şuşaya səfər etdilər, onlar 30 ilə yaxın davam edən işğal ərzində şəhərlərimizdə, kəndlərimizdə erməni vandalizminin nəticələrinin canlı şahidi oldular. Eyni zamanda iştirakçılar işğaldan azad olumuş ərazilərdə mühüm yenidənqurma və inkişaf layihələri, Fizuli hava limanı, Zəfər yolu ilə də tanış ola bildilər.
Konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev giriş nitqi ilə çıxış edərək, belə ənənəvi görüşlərin təşkilinin, eyni zamanda müharibədən sonra görülmüş işlərin, yeni reallıqların, yeni baxışların, qarşıda duran mühüm vəzifələrin beynəlxalq ictimaiyyətə, aparıcı beyəlxalq təşkilatlara çatdırılmasının vacibliyindən bəhs edərək, verilən sualları da ətraflı cavablandırdı. Ölkə Prezidenti bildirdi ki: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təqdim edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.”
Bəli, güclü iqtisadiyyata, Qüdrətli Orduya malik müstəqil Azərbaycan 44 günlük Vətən Müharibəsində həm də müstəqil siyasət yürüdərək, BMT Təhlükəsizlik Şurasının dörd Qətnaməsini özü icra etdi və bununla da tarixi ədalət, milli ləyaqət bərpa olundu. İşğal dövründə yalnız Qarabağı qaytarmaq üzərində düşünməyən Azərbaycan, həm də müstəqilliyin gücləndirilməsi, onun dönməz xarakter alması, ərazi bütövlüyünün birdəfəlik olaraq təmin olunmasını da düşünürdü. Bu məqsədlə nə iqtisadi, nə də siyasi cəhətdən heç kəsdən asılı olmamaq, heç bir bloka, ittifaqa qoşulmamaq vəzifəsi də layiqincə icra olundu. Bu gün Ermənistan regiondakı mövcud reallıqları düzgün qiymətləndirərək, yenidən özünü təcrid olunmuş vəziyyətə salmamalı, Azərbaycanın ona verdiyi bu növbəti şansdan düzgün yararlanaraq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalı, onlarla münasibətləri normallaşdırmalı və bu şansdan bəhrələnməlidir. Əslində isə ermənilər həmişə özlərinin uydurma, boş xəyal üzərində qurulmuş keçmiş sərsəm ideologiyalarına əsaslanaraq gələcəyi də əldən vermişlər. Ermənilərin hər bir addımlarında Azərbaycan əraziləri ilə bağlı saxtakarlığı, Azərbaycan şəhər və kəndlərini erməni adları ilə adlandırmaları buna əyani sübutdur. 1918-ci ilin xəritəsinə istinad edərkən İrəvanın, 1920-ci ilin xəritəsində isə Zəngəzurun Azərbaycanın tərkib hissəsi olduğu aydın görünür. Bu da sübut edir ki, bu torpaqların ermənilərə heç bir aidiyyatı yoxdur.
Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq aləmdə sülhsevər, tolerant, multikultural bir ölkə kimi tanınır. Bu gün Azərbaycanda çoxlu sayda etnik xalqlarınn nümayəndələri yaşayır və Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşı hesab edir. Ümid edirik ki, onlar da tezliklə anlayacaqlar ki, digər etnik qrupların nümayəndələri kimi ermənilərin də bütün hüquqları və təhlükəsizliyi təmin olunacaq, onlar da Azərbaycan vətəndaşı kimi burada sülh və rifah içində yaşayacaqlar. Çünki, Biz-Azərbaycanlılar ermənilərdən fərqli olaraq sözü ilə imzası bir olan müdrik xalqın övladlarıyıq!
Anar Nəbiyev
YAP Qazax rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59

