/ / YAP-ın məqsədi dövlətimizi daha da gücləndirmək, insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır
YAP-ın məqsədi dövlətimizi daha da gücləndirmək, insanların həyat şəraitini daha da yaxşılaşdırmaqdır
23.10.2010 [11:02]
Oktyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən Fətiyev Xanlar Nuru oğlu ilə seçicilərin görüşü keçirilib.
Toplantını giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov açaraq deyib ki, partiyamız hər seçkiyə ciddi, məsuliyyətlə hazırlaşaraq qələbələrə nail olur: “çoxillik təcrübəmiz deməyə əsas verir ki, biz bu seçkidə də mütləq çoxluqla qələbə qazanacağıq. Ona görə ki, 7 noyabr parlament seçkilərinə yeni texnologiya ilə, layiqli namizədlərlə, ən başlıcası isə ümummilli lider Heydər Əliyevin ideyaları ilə gedirik. Partiyanın Seçki Proqramından da göründüyü kimi, YAP-ın əsas məqsədi güclü dövlət qurmaq, insanların sosial həyat şəraitini daha da yüksəltməkdir. Ona görə də, bütün seçiciləri partiyanın irəli sürdüyü namizədlərə səs verməyə çağırıram”.
Təbliğatçı Telman Məlikov çıxış edərək bildirib ki, hamımıza yaxşı məlumdur, Ulu öndərimiz Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra memarı olduğu Yeni Azərbaycan Partiyası hakim partiya oldu. Belə bir möhtəşəm partiyanın iqtidarda olması, onun namizədlərinin deputat seçilməsi Azərbaycan dövlətinə və millətinə yeni inkişaf perspektivləri gətirə bilər. Yeni Azərbaycan Partiyası insanlar arasında, ictimaiyyət arasında hörməti olan namizədlərə üstünlük verib. Xanlar Fətiyev də təşkilatçılığı, qabiliyyəti, siyasi fəaliyyəti ilə öz mövqeyini təsdiqləyib. Biz belə deputatlarla irəli gedəcəyik, arzularımıza nail olacağıq, planlarımızı həyata keçirəcəyik. Seçicilər Xanlar Fətiyevə səs verəcəkləri təqdirdə öz istəklərinə nail olacaqlar. Vətənimizin inkişafı, xoş günlərimiz davam edəcək.
Təbliğatçılardan Nazim Kərimov, Fərman İsgəndərov, Musa Abdullayev öz çıxışlarında 7 noyabr parlament seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar, bu seçkilərin demokratik və şəffaf şəkildə keçiriləcəyinə əmin olduqlarını bildiriblər.
Seçici Bayram Həsənov bildirib ki, xalqımızın bir istəyi var: həmişə ölkəmizdə əmin-amanlıq, sülh olsun, rahat yaşayaq, yaxşı işləyək, övladımız sağlam olsun, xoş günlər görsünlər. Bizə həmişə dəstək verən, bizim yardımçımız olan Yeni Azərbaycan Partiyasına inamımızı, rəğbətimizi 7 noyabrda seçki məntəqələrinə yekdilliklə gəlməklə bildirəcəyik.
Sonra isə deputatlığa namizəd Xanlar Fətiyev çıxış edərək seçki platforması barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47

