/ / İnsanlar dövlətimizin daha da güclənməsinə, rifahının daha da yüksəlməsinə xidmət edən siyasətə səs verəcək
İnsanlar dövlətimizin daha da güclənməsinə, rifahının daha da yüksəlməsinə xidmət edən siyasətə səs verəcək
21.10.2010 [09:52]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyev Qobustan qəsəbəsinin sakinləri ilə görüş keçirib.
Görüşdən əvvəl Ağalar Vəliyev şəhid Yusif Əliyevin abidəsi önünə gül dəstələri düzüb, ehtiramını bildirib.
Mədəniyyət sarayında təşkil olunmuş görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ölkədə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: “çox sevindirici haldır ki, bu gözəl işlərin nəticələrini Qobustan qəsəbəsinin dəyişən, gözəlləşən simasında da müşahidə edirik”.
Aydın Hüseynov parlament seçkilərinin əhəmiyyətindən söz açıb və qanunverici orqan olan Milli Məclisin xalqın səsverməsi ilə formalaşdığını deyib. O, daha sonra Sahil qəsəbəsinin seçicilərinə namizəd Ağalar Vəliyev haqqında məlumat verib. Qeyd edilib ki, Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib: “İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır”.
Səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin Sərəncamı ilə Respublikanın “Əməkdar mühəndisi” fəxri adına layiq görüldüyünü söyləyən Aydın Hüseynov deyib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib. Qeyd edib ki, Ağalar Vəliyevin köməkliyi ilə 10 nəfərdən çox insan müqəddəs Həcc ziyarətində olub və bu ənənə indi də böyük həvəslə davam etdirilir. Respublikamızın rayonlarında bir neçə müqəddəs ziyarətgah məhz Ağalar Vəliyev tərəfindən bərpa olunaraq yenidən soydaşlarımızın istifadəsinə verilib.
Aydın Hüseynov çıxışının sonunda qəsəbə sakinlərini qurub-yaratmaq kimi bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağalar Vəliyevə səs verməyə çağırıb: “Əminəm ki, qobustanlılar seçki günündə məntəqələrə gedərək Yeni Azərbaycan Partiyasının namizədinə - Ağalar Vəliyevə səs verəcəklər”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev bildirib ki, seçicilərə böyük vədlər vermək niyyətində deyil: “Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma insanların dəstəyilə parlamentə seçilən şəxs də həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən sizə nəyi vəd edirəmsə, onu da edəcəyəm”.
Ağalar Vəliyev qəsəbə sakinlərinin ona səs verəcəyi və seçicilərin etimadı nəticəsində deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib: “Mən sizə hansı vədləri verirəmsə, onların həyata keçirilməsi üçün var gücümlə çalışacağam”.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qalan Qobustan qəsəbəsinin sakinləri də Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

