Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21.10.2010 [09:49]
Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkilərində irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. Namizədlər və onların vəkilləri yerlərdə seçicilərlə görüşlər keçirirlər. YAP-ın 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən millət vəkilliyinə namizədi İmamverdi İsmayılov Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşayan Zəngilan rayonundan olan qaçqın və məcbur köçkünlərlə görüşüb.
Görüşdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müstəqilliyinin qorunmasındakı xidmətlərindən danışıb. Natiq qeyd edib ki, hələ 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ölkəmizdə siyasi stabilliyin, iqtisadi inkişafın və güclü dövlətçiliyin əsasını qoyub: “Bu gün Azərbaycan demokratikləşmə prosesində növbəti addımını atmağa hazırlaşır. ölkəmiz parlament seçkiləri ərəfəsindədir. 120 saylı Zəngilan-Qubadlı seçki dairəsindən 3 dəfə millət vəkiliniz olmuş və yenidən YAP tərəfindən bu etimada layiq görülən namizəd İmamverdi İsmayılov siz zəngilanlılarla görüşə gəlib. İmamverdi müəllimi sizə təqdim etməyə ehtiyac yoxdur. çünki İmamverdi müəllim hər zaman öz elinin, obasının içindədir, onların problemlərinin həllinə çalışır. Mən əminəm ki, Zəngilan seçiciləri bu dəfə də İmamverdi müəllimə etimad göstərəcək, ona parlamentdə öz təmsilçiliklərini həvalə edəcəklər”.
çıxış edən 120 saylı Zəngilan-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi İmamverdi İsmayılov bildirib ki, Azərbaycanda dövlətçiliyin uçurumdan xilas olmasından cəmi 17 il keçib: “ötən 17 il ərzində ölkəmiz çox yüksək inkişaf dinamikası əldə edib. Əsası Ulu öndərmiz tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mənim millət vəkili kimi ən böyük işim yurd-yuvasından didərgin düşmüş elimin, obamın yanında olmağımdır. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı yüksək səviyyəli dövlət proqramları həyata keçirilir, işlər görülür. Mən də dövlətimizin həyata keçirdiyi siyasətin yerlərdə icra olunması istiqamətində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıram. İnanıram ki, Zəngilan seçiciləri bu seçkilərdə də öz layiqli namizədlərini seçəcəklər”.
Təmsil etdiyi Yeni Azərbaycan Partiyasının hər zaman dövlətçiliyimizin keşiyində dayandığını söyləyən İmamverdi İsmayılov qarşıdan gələn parlament seçkilərində partiyanın namizədlərinin uğuruna inandığını deyib: “çünki Yeni Azərbaycan partiyası xalqın partiyasıdır. 520 mindən artıq üzvü olan bu təşkilatın sıralarında Azərbaycanın yüksək səviyyəli ziyalıları, vətəndaşları təmsil olunur. Qeyd olunduğu kimi, mən 3 dəfə bu dairəni Milli Məclisdə təmsil etmişəm. Mənim fəaliyyətimə seçicilərim qiymət verirlər. Onlar üç dəfə bu fəaliyyəti dəyərləndiriblər, mənə etimad göstəriblər. çalışmışam ki, əlimdən gələn bütün yardımları hər kəsə göstərim. Hətta dairəmizin seçicisi olmayan qaçqın və məcburi köçkünlər də mənə müraciət edəndə onların problemlərinin həllinə çalışıram. İnanıram ki, Zəngilan seçiciləri bir nəfər kimi qarşıdan gələn seçki prosesində aktiv iştirak edəcəklər və öz namizədlərini dəstəkləyəcəklər”.
YAP-ın seçki platformasında qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı geniş müddəaların olduğunu qeyd edən natiq bu layihələrin gerçəkləşməsi, aparılan işlərin davam etdirilməsi üçün bütün seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıb: “Mənim platformam Yeni Azərbaycan Partiyasının seçki platformasıdır. Biz seçiləcəyimiz təqdirdə daha beş il ölkəmizin iqtisadi, siyasi inkişafının güclənməsinə xidmət göstərəcəyik. Son beş ildə Milli Məclisdə öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş insanların sosial rifahının yüksəldilməsi ilə bağlı bir sıra müzakirələr aparılıb, qanun layihələri işlənib. Hörmətli seçicilərimiz YAP-ın namizədlərini dəstəkləyəcəyi təqdirdə bu işlər davam etdiriləcək”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

