Tarixi torpağımız Şuşa Dünya Azərbaycanlılarının görüş yerinə çevrildi
26.04.2022 [15:26]
Məlum olduğu kimi, Dünya Azərbaycanlılarının I Qurultayı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. Həmin vaxtdan bu günədək Azərbaycanda böyük işlər görülüb, ölkəmiz daha da inkişaf edib, gücü və nüfuzu daha da artıb. Nəticə etibarı ilə öz gücü və qüdrəti hesabına ərazi bütövlüyünü təmin edib. Bu gün Dünya Azərbaycanlılarının V Qurultayının azad Şuşada keçirilməsi ilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Qarabağda bir araya gələrək, diaspor tarixində ilkə imza atdılar. Tarixə düşən bu sevindirici gün müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun nailiyyətidir.
Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi Azərbaycan tarixinin yeni uğurli səhifəsidir. Qurultayın Şuşada keçirilməsi ilk növbədə dünya azərbayacanlıları üçün düşmən üzərində qazanılmış Zəfərin əhəmiyyətini göstərir. Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünü bərpa olunacağını və bu sahədə Azərbaycan diasporunun fəaliyyətinə də böyük ehtiyac olduğunu demişdir.
Vətən müharibəsində Zəfər əldə etməyimizdə hərbi qələbə ilə bərabər ideoloji qələbə də mühüm rol oynadı. Zəfərə aparan xarici siyasətlə bərabər milliyətindən asılı olmayaraq ölkə vətəndaşlarının milli həmrəyliyi və dünya azərbaycanlılarının mənəvi dəstəyi, həqiqətlərin dünyaya yayılmasındakı rolu böyükdür. Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilmiş Şuşada keçirilməsi bu şəhərin mühüm əhəmiyyətini göstərir. 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli və Zəngilanın da işğalına şərait yaratdı. Bu, Şuşanın Azərbaycan üçün strateji əhəmiyyətini göstərir. 1992-ci il mayın 8-də Şuşanın işğalı bütün Azərbaycan xalqı üçün böyük mənəvi faciə oldu.
Lakin 2016-cı il Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi zamanı döyüşçülərin torpaqlarımızı işğaldan azad etmək uğrunda qəhrəmanlıqları, dinc əhalinin, eləcə də Vətəndən uzaqda yaşayan azərbaycanlıların mənəvi və təbliğat xarakterli dəstəyi göstərdi ki, dövlətimiz və xalqımız bu işğalla heç vaxt barışmayacaq. Birinci Qarabağ müharibəsində Şuşanın işğalı digər rayonlarımızın işğalı ilə nəticələndiyi kimi, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi qanlı müharibəyə son qoydu. Prezident İlham Əliyev Zəfər Qurultayında bunu xüsusilə vurğulamışdır: “Məhz biz Şuşanı noyabrın 8-də azad edəndən sonra Ermənistan rəhbərliyi nəhayət anladı ki, müharibəni davam etdirmək onlara baha başa gələcək”.
Şuşanın işğalının bizim üçün faciəsi və mədəniyyət paytaxtımızın erməni işğalından azad edilməsində duyduğumuz qürur hissi bu şəhərin Qarabağın, ümumiyyətlə bütöv Azərbaycanın torpaqlarının xalqın mənəvi dəyərləri sistemində mühüm rolunu göstərir. Biz bunu xüsusilə torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşçülərimizin göstərdiyi qəhrəmanlıqlarda gördük. Bu qələbə yalnız Ermənistan silahlı qüvvələri üzərində deyil, eyni zamanda, onları dəstəkləyən dövlətlərin üzərində qələbə idi. Ermənistan silahlı qüvvələri üzərində Qələbənin Prezident İlham Əliyev tərəfindən elan olunduğu gün və 2021- ci il noyabrın 8-də – Zəfər Günündə insanların bayram etmələri, küçələrə çıxmaları həmin günün ümumxalq bayramı olduğunu göstərir.
Ən asası, Tarixi torpağımız Şuşa Dünya Azərbaycanlılarının görüş yerinə çevrildi. 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi Dünya Azərbaycanlılarının V Qurultayının məhz bu şəhərdə keçirilməsi dünyaya bir daha bəyan etdi ki, Şuşa şəhəri bizim tarixi mədəniyyət mərkəzimiz olmaqla yanaşı, Vətən müharibəsindəki Zəfərimizin simvolu kimi xüsusi əhəmiyyət daşıyır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

