Ələtlilər güclü dövlət və yüksək rifah naminə fəaliyyət göstərənləri dəstəkləyir
19.10.2010 [09:20]
Dünən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyev Ələt qəsəbəsinin sakinləri ilə görüş keçirib.
Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov respublikada müşahidə olunan inkişaf, tərəqqi tendensiyasından, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb: “çox sevindirici haldır ki, bu gözəl işlərin nəticələrini Ələt qəsəbəsinin dəyişən, gözəlləşən simasında da müşahidə edirik”.
Parlament seçkilərinin əhəmiyyətdən söz açan Aydın Hüseynov deyib ki, qanunverici orqan olan Milli Məclis məhz, xalqın səsverməsi ilə formalaşır.
Aydın Hüseynov Ələt qəsəbəsinin seçicilərinə namizəd Ağalar Vəliyev haqqında məlumat verib. Aydın Hüseynov deyib ki, Ağalar İsrəfil oğlu Vəliyev 1957-ci il iyulun 23-də Yevlax şəhərində fəhlə ailəsində anadan olub. O, 1976-cı ildə Mingəçevir Politexnik Texnikumunu, 1989-cu ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib: “İxtisasca inşaat mühəndisidir. Ailəlidir. Bir oğul atasıdır”.
Səmərəli fəaliyyətinə görə, Ağalar Vəliyevin Prezident İlham Əliyevin Sərəncamı ilə Respublikanın “Əməkdar Mühəndisi” fəxri adına layiq görüldüyünü söyləyən Aydın Hüseynov deyib ki, Ağalar Vəliyev rəhbərlik etdiyi kollektivin üzvlərinin, ehtiyacı olan insanların xeyir-şər işlərində həmişə yaxından iştirak edib, vaxtının məhdudluğuna baxmayaraq, öz maddi və mənəvi köməkliyini heç vaxt əsirgəməyib. Qeyd edib ki, Ağalar Vəliyevin köməkliyi ilə 10 nəfərdən çox insan müqəddəs Həcc ziyarətində olub və bu ənənə indi də böyük həvəslə davam etdirilir. Respublikamızın rayonlarında bir neçə müqəddəs ziyarətgah məhz Ağalar Vəliyev tərəfindən bərpa olunaraq yenidən soydaşlarımızın istifadəsinə verilib.
Aydın Hüseynov çıxışının sonunda qəsəbə sakinlərini qurub-yaratmaq kimi bütün müsbət keyfiyyətlərə malik YAP-ın namizədi Ağalar Vəliyevə səs verməyə çağırıb: “Mən inanıram ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək və noyabrın 7-də seçki məntəqələrinə gedərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar Vəliyev danışıb. O, bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı da bu amili əsas götürərək, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandığını, etimad göstərdiyini verdiyi dəstəklə nümayiş etdirib: “ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti respublikamızı böyük inkişaf yoluna çıxarıb”.
Ağalar Vəliyev qəsəbə sakinlərinin ona səs verəcəyi və qəsəbə sakinlərinin etimadı nəticəsində deputat seçilicəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını bildirib.
Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat veriblər, təkliflər irəli sürüblər.
Sonda görüşdən razı qalan Ələt qəsəbəsinin sakinləri də Yeni Azərbaycan Partiyasının 11 saylı Qaradağ seçki dairəsindən Milli Məclisə namizədi Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklərini söyləyiblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09

